AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
15 iyul 2025
1 391

“Nəticəsi 30 baldan aşağı olan müəllim şagird qarşısına çıxmasın”



Təhsil naziri ötən gün müəllimlərin sertifikasiya imtahanları ilə bağlı vacib məqamlara toxunaraq bu prosesin məqsədinin indiki yox, gələcək təhsil sisteminin formalaşdırılması olduğunu bildirib. Nazir vurğulayıb ki, əsas hədəf ümumi təhsil məktəblərində peşəkarlıq səviyyəsinin artırılması, zəif müəllimlərin sistemdən mərhələli şəkildə uzaqlaşdırılması və onların yerinə ixtisasına sadiq, bilikli kadrların gətirilməsidir.


AzTehsil.com xəbər verir ki, nazirin bu fikirlərinə münasibət bildirən, azdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev də qeyd edir ki, sertifikasiya sadəcə imtahan deyil, sistemli keyfiyyət dəyişikliyinə aparan vasitədir. Onun sözlərinə görə, bu proses 5–6 il sonrakı təhsil keyfiyyətinin təməlini qoyur və zəif nəticə göstərən müəllimlərin yenidən hazırlaşaraq sistemə qayıtmasına da şərait yaradır:


164408


"Tədris prosesini düzgün həyata keçirə bilməyən, şagird qarşısında aciz qalan kadrların məktəbdən uzaqlaşdırılması, onların yerinə isə ixtisasına sadiq və yüksək hazırlıqlı mütəxəssislərin gətirilməsi əsas hədəf kimi qoyulub. Hazırda bu proses davam edir və 2026-cı ilə qədər bütün fənlər üzrə sertifikasiya imtahanlarının yekunlaşması planlaşdırılır.


Bu il imtahandan keçə bilməyən müəllimlərə bir illik möhlət hüququ tanınıb. 2026-cı ildə bu möhlət sona çatacaq və nəticədə işini itirən müəllimlərin yerinə yeni kadrlar gələcək. Bu kadrlar 3-5 il işlədikdən sonra təkrar sertifikasiya imtahanında iştirak edəcəklər".


Ekspert təkrar sertifikasiya imtahanının daha çətin ola biləcəyini bildirib:


"Çünki hədəfimiz müəllimlərin peşəkar inkişafını dəstəkləmək, məktəblərdə yüksək ixtisaslı pedaqoqların fəaliyyətini təmin etməkdir. Sertifikasiya imtahanı bizə gələcəyin təhsil mənzərəsini göstərməyə imkan verəcək. Bu günə qədər keçirilən imtahanlar göstərdi ki, bir çox müəllim öz ixtisası üzrə işləməyib və ya zəif nəticə göstərib. Biz bu insanları təhqir etmirik. Onlar da bizim vətəndaşlarımızdır, soydaşlarımızdır. Sadəcə istəyimiz odur ki, əgər onların pedaqoji ixtisas üzrə diplomları varsa, təkrar MİQ imtahanında iştirak etsinlər və yenidən məktəbdə işləmək imkanı qazansınlar. Nazir də vurğulayıb ki, bizim məqsədimiz müəllimləri işdən çıxarmaq və ya diplomlarını əllərindən almaq deyil. Məqsədimiz keyfiyyətli təhsili təmin etməkdir. Sertifikasiya imtahanına qarşı bəzi mənfi fikirlər formalaşdırılsa da, biz bu imtahanın arxasındayıq. Əgər bir müəllim 60 sualdan 30-na cavab verə bilmirsə, yəni 50 faiz nəticə göstərə bilmirsə, onun şagird qarşısına çıxmağa haqqı yoxdur. Heç bir valideyn övladının zəif müəllim tərəfindən tədris olunmasını istəmir".


Qeyd edib ki, kəsilən müəllimlər öz üzərlərində işləyib növbəti illərdə imtahana yenidən qatıla bilərlər. Onların diplomları qüvvədə qalır, sadəcə olaraq hazırkı proses keyfiyyətin artırılmasına yönəlib. Nazirliyin bu istiqamətdə atdığı addımlar uğurludur və bu islahatlar 5-6 il sonrakı təhsil sistemimizin əsasını formalaşdıracaq.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)