AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Magistr / Manşet / Bölgə
15 iyul 2025
1 257

"Bu müəllimlər öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır "



"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - YENİ TƏKLİF



Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb. O bildirib ki, vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələri hiss olunmaqdadır.


AzTehsil.com- n əldə etdiyi məlumata görə mövzu ilə bağlı açıqlamasında fəlsəfə doktoru, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi ki, sertifikasiya imtahanında kollec məzunu olan müəllimlərin zəif nəticə göstərmələri faktdır:


"Bu, bir daha onu göstərir ki, zamanında kolleclərdə olan qeyri-sağlam mühit və eyni zamanda kolleclərə qəbul zamanı yaşanan qanunsuzluqlar və təsadüfi adamların qəbulu nəticəsində "təhsil almaları", eyni zamanda həmin məzunların orta məktəbdə vəzifələri zəbt etmələri halları var.


Bütün bunlar onu göstərir ki, əslində sertifikasiya prosesi çox doğru yanaşma oldu. Bu onu göstərir ki, biz məktəblərdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istəyiriksə, müəllimlərə münasibəti sağlam qurmalıyıq. Sertifikasiyada zəif olanların nəticəsində, əslində, təhsilimizin bugünkü vəziyyəti belədir. Kollec müəllimlərinin zəif bal toplaması da gözlənilən idi".


O, qeyd etdi ki, biz təhsilimizi beynəlxalq standartlara çatdırmaq və eyni zamanda cəmiyyət üçün keyfiyyətli təhsil istəyirik:


"Bütövlükdə sertifikasiya imtahanlarında dəstəyin olması çox önəmlidir. Biz bir tərəfdən istəyirik ki, məktəbdə tədris keyfiyyətli olsun, digər tərəfdən isə bəzən görürük ki, sertifikasiyanı qaralamağa çalışan cəmiyyətin fərqli üzvləri sanki müəllimlərin himayədarları kimi özlərini təqdim edirlər. Bir mənalı olaraq təbii ki, biz beynəlxalq səviyyədə orta məktəb təhsilimizi inkişaf etdirmək istəyirik. Buna görə də müəllimlərə tətbiq olunan bu prosesə mütləq şəkildə dəstək ifadə etməliyik. Mən açığı o fikirdəyəm ki, ümumiyyətlə gələcəkdə elə olmalıdır ki, orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmuş olsun. Daha dərinləşmiş biliklərə sahib olsunlar və onları orta məktəbə daşıya bilsinlər.


Bu baxımdan, çox ürəkağrıdırıcıdır ki, Astaradakı xarici dil müəllimlərinin göstəriciləri çox biabırçıdır. Səbəb? Səbəb odur ki, zamanında boşluqlar olub. Bəzi adamlar sadəcə təhsili rüşvət məkanına çevirib, bazara döndəriblər. Onun nəticələrini biz bu gün hiss edirik və zaman-zaman deyirik ki, nəyə görə bizim orta məktəb təhsilimiz acınacaqlıdır. Səbəbləri elə bunlardır: keyfiyyətsiz müəllimin keyfiyyətsiz təhsili və təhsildən xəbəri olmayanların məktəbə ayaq açmasıdır".


Müsahibimiz hesab edir ki, sertifikasiya imtahanı çox doğru yanaşmadır.


"Mən bunu təqdir edirəm. Daha da dərinləşməsinin tərəfdarıyam. Bizim, ümumiyyətlə, kimisə qaralamaq, işdən çıxarmaq məqsədimiz yoxdur. Məqsəd və hədəf təhsilin keyfiyyətini artırmaqdır.


Bu məsələnin özəyində saxta diplom alıb, onu qanunsuz şəkildə təsdiq edən insanlar olub. Mən səmimi deyim ki, rüşvətxorluq bu cəmiyyətə virus kimi yayılıb. Mən müəllimlərin fəaliyyətinə kölgə salmaqdan uzağam, çünki mənim özümün də ixtisasım müəllimlik olub.


Təkcə bu kolleclərlə də bitmir hələ. Universitetlərdə də nə biabırçılıqlar olurdu. Məktəb səviyyəsində bilikləri olan adamların diplomları olurdu, onlar diplom alıb məktəblərdə işləyirdilər. Bunlar hamısı düşündürücüdür. İndi isə təhsil sahəsini bu viruslardan təmizləmək lazımdır", - deyə İlqar Orucov bildirib.



Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Kolleclərdə mühüm islahat – Müəllimlik ixtisasının aqibəti necə olacaq?

Kolleclərdə mühüm islahat – Müəllimlik ixtisasının aqibəti necə olacaq?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

Kollec məzunu olan müəllimlər yenidən MİQ imtahanı verməlidir!

Kollec məzunu olan müəllimlər yenidən MİQ imtahanı verməlidir!

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı

Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017