AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
14 iyul 2025
1 285

Valideynlər etiraz edərək bilməlidirlər ki...- ƏTRAFLI



"Attestat balı formalaşarkən buraxılış imtahanının nəticəsi də nəzərə alınsın" - Vüsalə Ağabəyli.Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanlarının nəticələri isə yüksək olur. Valideynlər etiraz edərək bildirirlər ki, məktəb onların övladlarının qiymətini bilərəkdən aşağı yazır.


AzTehsil.com- n əldə etdiyi məlumata görə mövzu ilə bağlı açıqlama verən filologiya elmləri doktoru, təhsil eksperti Vüsalə Ağabəyli bildirdi ki, əgər bir şagird buraxılış imtahanında yüksək bal toplayır, lakin attestat qiyməti aşağıdırsa, bu, təbii olaraq suallar doğurur: məktəb bu şagirdin ilboyu fəaliyyətini obyektiv qiymətləndiribmi? Yoxsa şagird yalnız imtahana hazırlaşıb, məktəbdə zəif iştirak edib?


"Burada iki əsas səbəbi qeyd etmək olar. Birincisi, qiymətləndirmə meyarlarının fərqliliyidir: məktəb şagirdin ilboyu dərs göstəriciləri, summativ qiymətləndirilməsi ilə yanaşı, davranışına, davamiyyətinə və prosesdə iştirakına əsaslanır, DİM isə yalnız nəticəyə baxır. İkincisi isə bəzi hallarda məktəbdaxili qiymətləndirmədə subyektiv yanaşmalar, yəni müəllimlərin şəxsi münasibət və yanaşmalarının qiymətə təsir etməsidir.

Daha çox rast gəlinən mənzərə odur ki, məktəbdə yazılan yüksək qiymətlər imtahan nəticəsində özünü doğrultmur. Belə hallarla daha çox qarşılaşmaq mümkündür. Bir çox şagirdin attestatında əksər hallarda subyektiv səbəblərə görə məktəb qiymətləndirməsi yüksək olsa da, DİM-dən topladığı bal aşağıdır".


Ekspert qeyd etdi ki, fərqli hallar da olur.


"Bəzi şagirdlər il ərzində məktəb dərslərində zəif iştirak etsə də, sonradan repetitorların köməyi ilə yalnız testlərə hazırlaşır və bu səbəbdən yüksək bal toplaya bilir. Bu zaman məktəbdəki zəif qiymətləndimə ilə DİM nəticəsi uyğun gəlmir. Məktəbdaxili qiymətləndirmədə subyektivlik, müəllimlərin şagirdə qarşı şəxsi münasibəti, sinifdə nizam-intizam və davamiyyət problemi, yaxud fərdi yanaşma meyarlarının olmaması qiymətlərə təsir göstərə bilir ki, bu da obyektivliyi şübhə altına alır. Bəzi hallarda müəllimlər “reallığı göstərmək üçün” qiymətləri aşağı sala bilir və ya əksinə, müəyyən hallarda qiymətləri süni şəkildə yüksək göstərə bilirlər. Lakin bir sıra məktəblərdə şahid olduğum təcrübəni qeyd edə bilərəm ki, bəzi məktəblər attestat balı ilə illik yekun qiyməti uyğunlaşdırırlar və ya cüzu fərqlərlə saxlayırlar. Bu səbəbdən, yaxşı olardı ki, problemin aradan qaldırılması üçün vahid qiymətləndirmə mexanizmi yaradılsın və attestat balı formalaşarkən buraxılış imtahanının nəticəsi də nəzərə alınsın. Bundan başqa, məktəblərdə qiymətləndirmə şəffaf və əsaslandırılmış şəkildə aparılmalı, şagirdlərə və valideynlərə hər qiymətin nəyə əsaslandığı aydın izah edilməlidir",- deyə V.Ağabəyli bildirib.



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Summativ qiymətləndirmə - Qaydalar

Summativ qiymətləndirmə - Qaydalar

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Müasir dərs necə olmalıdır?

Müasir dərs necə olmalıdır?

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?