AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Yazarlar / İnnovasiyalar / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Manşet / Bölgə / Əmək Məcəlləsi
10 iyul 2025
710

Gənc alimlərlə görüş keçirilib



Elmi-tədqiqat potensialının gücləndirilməsinə doğru növbəti addım - Gənc alimlərlə görüş keçirilib


AzTehsil.com xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi inkişaf strategiyasına uyğun olaraq gənc müəllimlər və doktorantlarla mühüm görüş keçirilib. Görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova, elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov, Elmi-Tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli, 60-dan çox gənc müəllim və 30-a yaxın doktorant iştirak edib.


Görüşü açan rektor professor Gülçöhrə Məmmədova çıxışında AzMİU-nun elmi-tədqiqat potensialının yüksəldilməsi istiqamətində atılan addımlardan danışaraq, universitet rəhbərliyinin gənc alimlərə dəstəyinin davamlı xarakter daşıdığını bildirib. O, DAAB birliyi çərçivəsində dünyaca məşhur universitetlərdə çalışan alimlərlə qurulan əməkdaşlıq əlaqələrinin gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasında mühüm rol oynayacağını vurğulayıb. Rektor, həmçinin, doktorantlar üçün ikili rəhbərlik modelinin tətbiq olunmasının onların elmi keyfiyyətini artıracağına inam ifadə edib.


Prorektor professor Nigar Aslanova çıxışında universitetdə akademik heyətin üçdə bir hissəsinin gənc müəllimlərdən ibarət olduğunu qeyd edərək, bu resursun universitetin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, gənc kadrların elmi fəaliyyətə cəlb olunmasını stimullaşdırmaq məqsədilə universitetdə müxtəlif dəstək mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.


Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov son illərdə doktoranturaya qəbul olunanların sayında artımın müşahidə olunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək, bunun gənclər arasında elmi-tədqiqata marağın artdığını göstərdiyini bildirib.


Elmi-Tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli isə gənc alimlərə beynəlxalq indeksli jurnallarda — Web of Science, Scopus və bu kimi kimi reytinq sistemlərində təmsil olunan nəşrlərdə məqalə dərc etməyin əhəmiyyətindən bəhs edib. O, gəncləri bu istiqamətdə təşkil olunan təlim və seminarların imkanlarından yararlanmağa çağırıb və Dayanıqlı İnkişaf Məqsədləri kontekstində mövzu seçiminin beynəlxalq qəbul üçün mühüm olduğunu qeyd edib.


Görüşün sonunda gənc müəllim və doktorantların sualları cavablandırılıb, onların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsi AzMİU-nun elmi fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və universitetin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.



Həmçinin oxuyun:
İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Qarabağ Universiteti fəaliyyətini genişləndirir ....

Qarabağ Universiteti fəaliyyətini genişləndirir ....

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası  uğurla tamamlanıb

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası uğurla tamamlanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”

Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb