Bu namizədlər vakant seçiminə buraxılacaq
Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı yeni detallar açıqlanıb.
AzTehsil.com xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan ümumilikdə 100 ballıq sistemlə qiymətləndiriləcək.
"Namizədlərə ixtisas üzrə 40 sual (hər biri 2 bal) və tədris metodikası üzrə 20 sual (hər biri 1 bal) təqdim olunacaq. İmtahan müddəti 150 dəqiqədir.
Səhv cavablar nəticəyə təsir edəcək. Belə ki, ixtisas üzrə hər səhv cavab 0.5 bal, metodika üzrə isə 0.25 bal çıxılacaq.
Namizədlər imtahanın ümumi hissəsindən minimum 34 bal, metodika hissəsindən isə minimum 6 bal toplamalıdır. Yalnız ümumi 40 və daha çox bal toplayan namizədlər vakant yerlərin seçiminə buraxılacaqlar".
Qeyd edək ki, Müəllimlərin işə qəbul imtahanları iyulun 3-10-u aralığında keçiriləcək.