AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
29 iyun 2025
811

Bugün imtahan VAR



Bugün imtahan var .

AzTehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 29-da ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də keçirilən imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.


Bu barədə  DİM-dən məlumat verilib.


İmtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq. 


İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


Şagirdlər buradan, abituriyentlər isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 


İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:


- imtahana buraxılış vərəqəsini;


- şəxsiyyəti təsdiq edən sənədin əslini.


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:


dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq; 

oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq). 

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.


İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.


İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.



Həmçinin oxuyun:
“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

DİM kolleclərə 9 sinif bazasından tələbə qəbulu elan edir

DİM kolleclərə 9 sinif bazasından tələbə qəbulu elan edir

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sabah ali məktəblərə qəbul imtahanı keçiriləcək - I mərhələ

Sabah ali məktəblərə qəbul imtahanı keçiriləcək - I mərhələ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

20 min abituriyent ali məktəblərə qəbul imtahanı verir

20 min abituriyent ali məktəblərə qəbul imtahanı verir

Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək

Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək

Rus bölməsində oxuyan abituriyentlər üçün imtahan keçirilir

Rus bölməsində oxuyan abituriyentlər üçün imtahan keçirilir

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Abituriyentlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlandı

Abituriyentlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlandı

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

Bu gün 2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək

Bu gün 2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək

DİM 29-30 iyulda keçiriləcək qəbul imtahanlarının qrafikini elan etdi

DİM 29-30 iyulda keçiriləcək qəbul imtahanlarının qrafikini elan etdi