Daha bir məktəb direktoru işdən ÇIXARILIB
Bakı şəhəri Nərimanov rayonunda isə 73 nömrəli tam orta məktəb direktoru tutduğu vəzifədən azad edilib. AzTehsil.com Modern.az-a istinadən xəbər verir ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) sualımızı təsdiqləyiblər."Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib",- deyə BŞTİ-dən verilən cavabda qeyd edilib.Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.Şəhanə Şamil qızı Əhmədova 26 mart 1963-cü ildə Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Kimya-Biologiya fakultəsini bitirib. 1985-ci ildən 1993-cü ilə qədər Lənkəran şəhər 3 nömrəli orta məktəbdə ilk əmək fəaliyyətinə başlayaraq müəllim işləyib.1993-cü ildən 2003-cü ilə kimi Lənkəran şəhər Pedaqoji texnikumunda müəllim vəzifəsində çalışıb. 2003-cü ildən 2009-cu ilə qədər Lənkəran şəhər 3 nömrəli orta məktəbdə direktor, 2009-cu ildən 2011-ci ilə qədər Lənkəran şəhər 1 nömrəli məktəbdə direktor vəzifələrində işləyib.2011-ci ildən 2017-ci ilə qədər isə Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.2018-2023 -cü ilin sentyabr ayına qədər Bakıdakı 24 nömrəli məktəbin direktor vəzifəsində işləyib.2023-cü ildən indiyə kimi 73 nömrəli məktəbin direktoru vəzifəsini tuturdu. Ailəlidir, 3 övladı var.