Prezident “Talıstan” liseyinin açılışında iştirak edib
Prezident İlham Əliyev İsmayıllı şəhərində “Talıstan” liseyinin binasının açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib.
AzTehsil.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.