AzTehsil.com


Xəbərlər
24 yanvar 2019
1 966


Prezident İnstitutun açılışında



Prezident İnstitutun açılışında

 

Yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

AzEdu-nun məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev institutun binasının rəmzi açılışı bildirən lenti kəsdi.

İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.

Qeyd edək ki, bu institut Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılıb. "Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub.

Prezident İlham Əliyevə Elektron kənd təsərrüfatı layihəsi barədə məlumat verildi.

Qeyd olundu ki, bu layihənin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. Sistem kənd təsərrüfatı fəaliyyətləri istiqamətində məlumatları toplamaq, təhlil etmək, bu sistemin istifadəçilərinin məlumatlandırılmasını təmin etmək üçün xüsusi modulları özündə cəmləşdirir. İnstitut və onun tabeli qurumları - Lənkəran, Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur. Hazırda burada 158 nəfər çalışır ki, onlardan da 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i isə fəlsəfə doktorudur. Kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi nəzərdə tutulub.

İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının, aqrar sahənin inkişafı istiqamətində mühüm işlər görülür. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdən biridir. Belə müasir kompleksin yaradılması ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir. Müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında da böyük əhəmiyyət daşıyır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.

Prezident İlham Əliyevə Aqrar İnkişaf Könüllüləri layihəsinin məqsədi barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, bu layihənin həyata keçirilməsində məqsəd aqrar sektorun inkişafına ictimai dəstək göstərmək, aqrar sahədə könüllü cəmiyyəti formalaşdırmaqdır. Bununla da, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların təbliği ilə bu sahənin dayanıqlı inkişafına nail olmaqdır.

Sonra dövlətimizin başçısı Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşdü.

Könüllülər Sarvan Cəbrayılzadə və Rübabə Yusifova layihə barədə məlumat verdilər, könüllülük hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.
 

Prezident İnstitutun açılışında

 

Prezident İnstitutun açılışında

 

Prezident İnstitutun açılışında

 

Prezident İnstitutun açılışında

 

Prezident İnstitutun açılışında

 




Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Yeni ixtisaslar yaradıldı

Yeni ixtisaslar yaradıldı

İlham Əliyev Masazırda məktəb açılışında olub

İlham Əliyev Masazırda məktəb açılışında olub

Azərbaycanda ləğv olunan texnikumlar – Siyahı

Azərbaycanda ləğv olunan texnikumlar – Siyahı

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Prezident və xanımı Bakıda orta məktəbin açılışını etdi

Prezident və xanımı Bakıda orta məktəbin açılışını etdi

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

İlham Əliyev: "Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər"

İlham Əliyev: "Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər"

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır