130 mindən artıq abituriyent qeydiyyatdan keçib
Bu il ərizə sayı ötən ildən 12 min çoxdur - DİM sədri..
AzTehsil.com xəbər verir ki, "bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır".
Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün təşkil edilən konfransda qeyd edib.
Sədr qeyd edib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:
"Bu ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib".