Şəkidə internat məktəbinin direktoru işdən çıxarılıb
AzTehsil.com xəbər verir ki, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktorunun əmək müqaviləsinə xitam verilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli əmrinə əsasən, müəssisənin direktoru Taliə Akif qızı Babayevin əmək müqaviləsinə xitam verilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar hərəkət nöqsanlara görə köməklik edən şəxslərə nəzarət tədbirləri görüləcək.