AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
15 may 2025
1 373

Sertifikasiya imtahanında çətin FƏNN !?



AzTehsil.com xəbər verir ki, bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin ötən il birinci mərhələdən uğurla keçə bilməyən müəllimlərə yenidən iştirak imkanı veriləcək.

Maraqlıdır, bu il ilk dəfə keçiriləcək imtahanlar arasında hansı fənndə zəif nəticələr gözlənilir?

Mövzu ilə bağlı açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ötənilki imtahanda müsbət nəticə əldə edənlər fəaliyyətlərini davam etdirdilər, kəsilənlərin isə əmək müqavilələrinə xitam verildi:“Nazirlik bu məsələyə kifayət qədər humanist yanaşır. Sertifikasiya imtahanının ilk cəhdində uğur qazanmayaraq kəsilən müəllimlərə 1 il müddətində təkrar hazırlaşmaq imkanı verilir. Bu zaman ərzində çatışmazlıqlarını aradan qaldıraraq növbəti imtahanda iştirak edib, nəticələrini yaxşılaşdıraraq iş fəaliyyətlərini davam etdirmək şansı əldə edirlər. Lakin təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərdi ki, bəzi müəllimlər bu imkana səhlənkar yanaşır və nəticədə yenə də uğursuz olu


Ekspert hesab edir ki, bu il keçiriləcək sertifikasiya imtahanlarında ən çətin fənn informatika olacaq:


“İnformatika fənnində müəllimlərin daha çox çətinlik çəkdiyi müşahidə olunur. Bu səbəbdən müsabiqə şərtlərini yerinə yetirmək, digər fənnlərlə müqayisədə burada daha çətin ola bilər. Fizika, kimya, biologiya və coğrafiya fənlərində uğursuzluq yaşayanların sayı, düşünürəm ki, informatika ilə müqayisədə az olacaq. Əlbəttə, bu mənim subyektiv fikrimdir. Ola bilsin, kimya fənni də nisbətən çətinlik yaratsın, amma əsas narahatlıq informatika ilə bağlıdır".


O əlavə edib ki, nəticələrə sualların hazırlanması da ciddi təsir göstərir:


 “Əgər imtahan sualları asan və uyğun tərtib olunarsa, uğurlu nəticələrin sayı da artacaq. Lakin çətinlik səviyyəsi yüksək olarsa, bu, müəllimlərin performansına təsir edə bilər".


R.Nurəliyev müəllimlərin imtahanlara ciddi şəkildə hazırlaşmalı olduğunu vurğulayıb:

“Əvvəlki illərin sertifikasiya imtahanlarında bəzi müəllimlərin asan suallarda belə çətinlik çəkdiyinin şahidi olduq. Bu imtahanın Azərbaycan təhsil sistemi üçün əhəmiyyəti böyükdür. Əslində bu proses nəticəsində biz övladlarımıza dərs deyən müəllimlərin səviyyəsini daha yaxından tanımağa başladıq. Sertifikasiya beynəlxalq təcrübədə də tətbiq olunan bir modeldir. Əgər təhsilimizdə keyfiyyətli dərs istəyiriksə, sertifikasiyanı dəstəkləməliyik. Çünki bu imtahan müəllimlərin real vəziyyətini ortaya qoyur”.



Həmçinin oxuyun:
Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Birincilərin birincisi

Birincilərin birincisi

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Məktəb laborantının vəzifə təlimatı

Məktəb laborantının vəzifə təlimatı

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi