Qubalı qızlar “Bahar turniri”ndə yarışıblar
Qubalı qızlar “Bahar turniri”ndə yarışıblar.
AFFA-nın təşkilatçılığı, UEFA-nın təşəbbüsü ilə Qubada 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.
AzTehsil.com - n əldə etdiyi məlumata görə Quba Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb.
Hacıhüseynli kənd tam orta məktəb kollektivi turnirin qalibi olub. II və III yaşayış məntəqələri, Vladimirovka tam orta məktəbi və Ağbil kənd tam orta məktəbi. Vladimirovka kənd tam orta məktəb şagirdi Zəhra Mustafayeva 3 qolla turnirin ən məhsuldar oyunçusu olub. Hacıhüseynli kənd tam orta məktəb şagirdi Züleyxa Qəniyeva ən yaxşı oyunçu, Ağbil kənd tam orta məktəb şagirdi Zəhra Rasikova turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutanlar diplom və medallarla, qalib komanda kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin müdiri Əminə Həsənova, U-19 (qızlar) millinin baş məşqçisi Həbib Ağayev və U-17 (qızlar) milli komandanın baş məşqçisi Nərgiz Qurbanova hədiyyə təqdim etdi.
Qeyd etmək lazımdır ki, layihənin təşkilində əsas məqsəd AFFA U-13 Qızlar Liqasına və milli komandalara yeni aşağı qızların cəlb edilməsidir. İştirakçılar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatlarla təmin olunub.