Sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlər keçirilib
AzTehsil.com xəbər verir ki, bugün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin sertifikasiyada iştirak edəcək kimya, biologiya, fizika, coğrafiya, informatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil olunmuşdur.