AzTehsil.com


Xəbərlər / Saglam həyat
22 iyul 2023
525


Peşə xəstəlikləri




Hər bir peşənin özünün «xüsusi» xəstəliyi var. Oturaq iş rejimində işləyən, bütün günü kompüter qarşısında oturanlar bədənindəki ağrılardan şikayətlənirlər.


İnsanların əhəmiyyət vermədiyi bu ağrılar vaxt keçdikcə daha ağır xəstəliklərə çevrilir. Bunun nəticəsində peşə xəstəlikləri meydana gəlir. Oturaq iş rejimində işləyənlər əziyyət çəkirlər.

Ürək-damar xəstəlikləri

Kompüter qarşısında ara vermədən oturmağın sağlamlığın üçün nə qədər təhlükəli olduğunu özünə sübut etmək üçün bunu yoxla: əllərini bir neçə dəqiqəlik klaviaturadan çək, necə oturduğuna fikir ver. Çiyinlərin əyilib? Boynunda ağırlıq hiss edirsən? Başın ön və ya yana doğru əyilib?

Bu vəziyyət onurğa sütununun əyilməsinə, damarların zədələnməsinə və beyinə qan getməməsinə gətirib çıxarır. Bu zaman yaddaş zəifləyir, insan tez-tez baş ağrısından şikayətlənir, təzyiq qalxır. Bu həm də ürək-damar sistemi xəstəliklərinin yaranmasına səbəb olur.

Nə etməli?

Tez-tez duruşunu dəyişməyə çalış. Əgər çiyinlərində və boynunda ağrı hiss etsən, barmaqlarınla həmin yeri masaj et. Ən az 10 dəqiqəlik kompüterin qarşısından uzaqlaş. 

Göz quruluğu sindromu

Oftalmoloqlar bu xəstəliyə «ofis sindromu» deyirlər. Kompüter qarşısında, havasız, bağlı otaqda çox oturmaq göz suyunu qurudur. Gözdə qum varmış kimi hiss etmək, qızartı quruluğun əlamətləridir. Əgər xəstəliyin üstünə düşüb, vaxtında müalicə etməsən tezliklə əməliyyat masasına uzunmalı olacaqsan.

Nə etməli?

Hər 45 dəqiqədən bir fasilə vermək lazımdır. Bu hərəkətləri etmək gözdəki yorğunluğu atmağa kömək olacaq:

1.    Əvvəlcə uzaq bir yerə, sonra burnunun ucuna bax.

2.    Yuxarı aşağı, sonra sağa-sola bax. 

3.    Gözlərini yum, yavaşca barmağınla ovuşdur. Bu qan dövranını yaxşılaşdırır.

4.    Gözünü qəfildən yumub aç.

Bilək qıcolması

Kompüterin «mışkasını» tərpətməkdən biləkdə ağrılar baş verə bilər. Hətta ağrılar bəzən biləkdə qıcolmaların baş verməsinə də gətirib çıxarır. Bu damarlarda qan dövranının pozulmasına səbəb olur. 

Nə etməli?

Bunun ən yaxşı çıxış yolu biləyi tez-tez nanə yağı ilə masaj etməkdir. Əgər bu kömək etmirsə, demək xəstəlik çox irəliləyib. Dərhal həkimə müraciət edin.

Xroniki yorğunluq sindromu

Bu sindroma daha çox qadınlarda rast gəlinir. Sindrom zamanı oynaqlarda, əzələlərdə ağrılar olur, özünü taqətsiz hiss edirsən. Heç bir işi etməyə həvəsin olmur. İnsanlar bunu soyuqdəymənin əlaməti hesab edirlər.

Nə etməli?

Bu orqanizmdə yod çatışmazlığının əlamətidir. Gecə yatmazdan əvvəl sinənə və belinə yod çək. Əgər səhər iz qalmırsa, demək yod çatışmazlığından əziyyət çəkirsən. Bunun üçün…

·    Gün ərzində çoxlu dəniz və süd məhsulları, yumurta ye.

·    Bu bəladan qurtulmaq üçün sənə aromaterapiya kömək edəcək. Vannanı isti su ilə doldurub içərisinə bir neçə damcı lavanda və ya reyhan yağı tök. İsti vanna qəbul etmək səni rahatladacaq.




Загрузка...
Həmçinin oxuyun:
Yaddaş pozğunluğu zamanı nə etməli?

Yaddaş pozğunluğu zamanı nə etməli?

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Qan verməyin faydaları

Qan verməyin faydaları

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

İnsan beyni çiplə idarə olunacaq? - Maskın ilginc hədəfi

İnsan beyni çiplə idarə olunacaq? - Maskın ilginc hədəfi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kompüter arxasında uzun müddət işləmək insanı əlil edir

Kompüter arxasında uzun müddət işləmək insanı əlil edir

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

AİLӘ XOŞBӘXTLİYİ ÜÇÜN 40 QAYDA (QADINLARA AİD)

AİLӘ XOŞBӘXTLİYİ ÜÇÜN 40 QAYDA (QADINLARA AİD)

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ

Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili