AzTehsil.com


Xəbərlər / Video
14 iyul 2023
670


“Dövlətimizi təhqir etdi, saçımdan tutdu”: Türkiyəli turistə görə işdən çıxarılan muzey işçisi danışdı - VİDEO




Elif adlı Türkiyə vətəndaşı Naxçıvanda Bayraq muzeyində təhqir olunduğunu iddia edib.


O, bununla bağlı sosial şəbəkədə video paylaşıb. Görüntüdə səs yazısının üstü bağlandığı üçün onun doğrudan da təhqir olunub-olunmadığı aydın olmur.


Amma buna baxmayaraq, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi muzeyin türkiyəli turisti təhqir etdiyi iddia olunan əməkdaşı Asudə Məhərrəmlini işdən çıxarıb. Muzeyin direktoru Rəmzi Hüseynova isə töhmət verilib.



Bakupost.az hadisənin təfərrüatlarını öyrənmək üçün Bayraq muzeyinin keçmiş əməkdaşı Asudə Məhərrəmli ilə əlaqə saxlayıb.


O, hadisəni təfərrüatını danışıb.


Asudə Məhərrəmlinin sözlərinə görə, türkiyəli xanım bir nəfər azərbaycanlı oğlanla muzeyə daxil olub:


“Salamlaşdıq, sonra baxmağa başladılar. Əllərində soyuq çay var idi. Toqquşdurub, deyib-gülürdülər. Bir az gəzib, sağollaşıb getdilər. 5 dəqiqə keçməmişdi ki, qız geri qayıtdı. Dedi ki, sizdən müdirə şikayət etdim. Səbəbini soruşanda da bildirdi ki, siz bizi qarşılamadınız, informasiya vermədiniz. Mən də dedim ki, nəsə soruşsaydınız, biz cavablandırardıq. Həmçinin, mən bələdçi deyiləm. İnformasiya vermək mənim vəzifəm deyil. Baş fond mühafizi-elmi işçisiyəm. Lakin o içəri girəndə yaxında idim deyə mənə üz tutdu”.


A.Məhərrəmli bildirib ki, türkiyəli turist onu təhqir edib, Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlədib:

“Mən heç kimi təhqir etməmişəm. Heç bir vulqar söz işlətməmişəm. Sadəcə, o, məndən şikayət etdiyini deyəndə - “Qəribədir e, bo”, - deyə reaksiya verdim. Görünür, o, bunu başqa cür başa düşdü, təhqir hesab etdi. Mən də dedim ki, düz başa düşməmisiniz, dilmizi öyrənin, sonra gəlin. O da - “Bir daha söylə, bir daha söylə”, - dedi. Mən özümə arxayın olmasaydım, “dediyimi təkrarla”, - deməzdim. Sadəcə, həmin vaxt səsim yüksək tonda idi. Bunun da səbəbi var. Qız mənə, “Siz rüşvətlə işə düzəlmisiniz. Sizin dövlətiniz rüşvət alan dövlətdir”, - dedi. Mən də bildirdim ki, siz bu dediyinizi sübut etməsəniz, mən sizdən şikayət edəcəyəm. O isə - “Azərbaycan əvvəldən bu cür olub, hər şey bəllidir”, - deyə damarıma basdı. Mənim dövlətimi təhqir etdiyi üçün mənim reaksiyam o cür oldu”.


A.Məhərrəmli türkiyəli turistin videonu olduğu kimi yox, özünə sərf edən kimi kəsib paylaşdığını da qeyd edib:


“Bizim direktorun ən böyük yanlışı o idi ki, çəkilişə izn verdi. Mən dedim ki, burada çəkilişə icazə yoxdur. Müdir heç bir müdaxilə etmədi. “İdarənin polisini çağırın”, - deyəndə də heç kim baş qoşmadı. O qız da videonu kəsib paylaşıb. Əvvəl özü qışqırırdı. Təhqir edəndən sonra mən əsəbiləşdim. Sonra özünü sakit apardı ki, videoya elə düşsün. Videodan sonra isə - “səni döyərəm, öldürərəm”, - deyə məni təhdid etdi, hətta saçımdan tutdu. Bundan sonra isə direktor müdaxilə etdi. Qızın yanındakı azərbaycanlı oğlana dedi ki, zəhmət olmasa, uzaqlaşdırın. Hətta həmin oğlan bildirdi ki, onda bir az çatışmazlıq var, yola verin. Muzeyə gələndə taksi sürücüsü ilə də dalaşıb. Taksi sürücüsü onu taksidən düşürüb”.


A.Məhərrəmli çəkiliş vaxtı ayaqqabısız olduğuna görə tənqid olunmasına da münasibət bildirib:


“Hamı ayaqqabısız olduğumla bağlı danışır. Ayaqqabım qopmuşdu. Amma onlar ilk dəfə içəri girəndə qopsa da, ayağımı sürüyərək qalxdım. Yəni ayaqqabıda idim. Sonra onlar çıxanda arxayın oldum. Ayaqqabıya yapışqan vurub, üstünə stulu qoydum ki, yapışsın. Günorta vaxtı idi, saat 14 radələri olardı, yeməkdən yeni qayıtmışdıq. Elə həmin an yenidən gəldilər. Videoya da o anın görüntüləri düşüb”.


A.Məhərrəmli Naxçıvan Mədəniyyət Nazirliyindən də narazılığını bildirib:


“Dövlət olaraq heç kim mənim yanımda durmadı. Nazirlikdən bir nəfər belə məni çağırıb dinləmədi. Tək həll yolu kimi onu seçdilər ki, işçini azad edib, töhmət versinlər. Vəssalam, iş onlardan çıxdı”.


https://www.youtube.com/watch?v=dLQ9MgmEbuM&embeds_referring_euri=https%3A%2F%2Foxu.az%2F&source_ve_path=Mjg2NjY&feature=emb_logo




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradıldı

Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradıldı

Böyük qələbədə payı olan azərbaycanlı

Böyük qələbədə payı olan azərbaycanlı

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ağstafa rayon ümumtəhsil müəssisələrində  Bayraq Günü geniş qeyd edilib

Ağstafa rayon ümumtəhsil müəssisələrində Bayraq Günü geniş qeyd edilib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Paytaxt məktəbində muzey yaradılıb - FOTO

Paytaxt məktəbində muzey yaradılıb - FOTO

Rusiya əsirliyindən xilas olan azərbaycanlı tələbə: “Elektrik cərəyanından daha çox qorxurdum” - MÜSAHİBƏ

Rusiya əsirliyindən xilas olan azərbaycanlı tələbə: “Elektrik cərəyanından daha çox qorxurdum” - MÜSAHİBƏ

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasının  Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Elinanın intihar etdiyi məktəbin direktoru müavinini necə işdən çıxarıb? - İNANILMAZ FAKTLAR

Elinanın intihar etdiyi məktəbin direktoru müavinini necə işdən çıxarıb? - İNANILMAZ FAKTLAR

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

Ağdamın məşhur “Çay evi”

Ağdamın məşhur “Çay evi”