Bu il üçün növbəti sertifikasiya imtahanı gözlənilir?
“Direktor və direktor müavinlərinin sertifikasiya imtahanında iştirakı nəzərdə tutulmur”.
Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
O qeyd edib ki, bu barədə mövcud qaydalarda da qeyd edilib:
“Bizim üçün prioritet məsələ növbəti illərdə 140 minə yaxın müəllimin sertifikatlaşmadan keçməsidir. Yalnız bu məsələdən sonra direktor və direktor müavinlərinin sertifikatlaşmadan keçməsinə baxmaq olar”.
E.Bağırov əlavə edib ki, bu il üçün növbəti sertifikatlaşma imtahanı gözlənilmir:
“Artıq bu imtahan keçirildi və sentyabrda növbəti imtahan olmayacaq. Bu imtahan ildə bir dəfə keçirilir və bu haqda gələn ilin əvvəlində məlumat veriləcək”.