Xəbərlər
12 yanvar 2023
687


Doktoranturaya qəbul qaydasında dəyişiklik edildi


Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarında dəyişiklik edilib.


Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada həyata keçiriləcək.


İndiyə qədər Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində - adyunktura) yolu ilə həyata keçirilirdi.


Qərara əsasən, adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı aşağıdakı kimi olacaq:


- Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə ali hərbi təhsil müəssisələrinin illik qəbul planları onların tabe olduqları müvafiq dövlət orqanlarının sifarişləri əsasında bu Qaydaların tələblərinə uyğun olaraq təsdiq edilir.


- Bu Qaydaların doktoranturaya qəbula, habelə doktoranturada təhsilin formaları və müddətlərinə aid tələbləri adyunkturaya da şamil edilir.


- Adyunkturaya ali təhsil müəssisələrinin magistratura səviyyəsini bitirən və ali hərbi təhsil müəssisələrinin nizamnamələrində nəzərdə tutulan hərbi qulluqçular, bu təhsil müəssisələrində çalışan professor-müəllim heyətindən olan şəxslər, habelə milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər bu Qaydaların tələbləri nəzərə alınmaqla qəbul olunurlar. Milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər adyunkturaya qəbul üzrə müsabiqəyə çalışdıqları dövlət orqanlarının (qurumlarının) göndərişləri əsasında buraxılırlar.


- Adyunkturaya qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid olan ixtisaslar üzrə aparılır.


- Adyunkturada təhsil alan zabitlərin və mülki şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.


- “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığına da şamil edilir.


- Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi bu Qaydalara uyğun olaraq onları göndərən dövlət orqanının razılığı əsasında aparıla bilər”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....