Azərbaycanda tələbənin xəbəri olmadan 127 min manat vergi borcu yaranıb - VİDEO
Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ümid Rüstəmov iş axtararkən işə düşüb.
Xəzərxəbər-ə danışan tələbə işə düzəlmək məqsədilə şəxsi məlumatlarını başqa bir şəxsə ötürüb. Sonra məlum olub ki, onun adına şirkət açılıb və müəssisənin 127 min manat vergi borcu var.
Ü.Rüstəmov deyir ki, bir müddət əvvəl iş axtararkən elan qruplarından birinə daxil olub və iş üçün elan sahiblərindən biri ilə əlaqə saxlayıb. Elə olanlar da bundan sonra baş verib.
İşə düzəlmək üçün şəxsi məlumatlarını qarşı tərəfə verən Ümid Rüstəmovun sözlərinə görə, ona məxsus “Asan İmza” və şəxsiyyət vəsiqəsi ilə şirkət açılıb. Hazırda şirkətin külli miqdarda vergi borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına da qadağa qoyulub.
Ümid Rüstəmov deyir ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına həm elektron, həm də yazılı şəkildə müraciət edib.
https://www.youtube.com/watch?v=4_ja_5Bcf-8&feature=emb_logo