Xəbərlər / Müəllim
20 noyabr 2022
814

Müəllim dərsə hazırlaşmalıdır, yoxsa kağız-kuğuzla oynamalıdır...

 

Proqram, gündəlik plan, formativ qiymətləndirmə, sinif rəhbərinin iş planı, şagirdlərin ev tapşırıqlarının yoxlanılması, summativlərin keçirilməsi, qiymətləndirmənin aparılması, nəticələrin qeyd edilməsi… Sadalananlar bu günün müəlliminin təhsil verməklə yanaşı gündəlik gördüyü işlərdir. Müəllimin əsas işi və vəzifəsi dərs keçmək, öyrətmək, savadlı-bilikli şagird, cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Ancaq gördüyü əlavə işlər onu əsas vəzifəsindən yayınmasına, uzaqlaşmasına səbəb olur. Müəllim kağız-kuğuz, yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalır. Dəftərxana işçisinə, kargüzara çevrilən müəllimin işi-gücü yazıb, pozmaq, hesabat verməkdir.


Keçmiş təhsil işçisi Yeganə Hüseynova deyir ki, indi müəllimlər əlavə işlərlə o qədər yüklənir ki, bilmir yazı-pozu ilə məşğul olsun, ya dərsini keçsin: “Əvəllər də müəllimin yazı işi olurdu. Ancaq bu qədər də yox. Ona görə də dərsini deməyə də vaxtı olurdu, yazı işlərini yazmağa da, müəyyən qədər dincəlməyə də. Evə gedəndə isə ancaq növbəti günün dərslərinə hazırlaşırdı. İndi isə müəllimin məktəbdə dərsdən əlavə o qədər işi olur ki; jurnal yazmaq, formativ jurnal yazmaq, gundəlik yazmaq, dəftər yoxlamaq, summativ hazırlamaq, keçirmək, nəticələri yoxlamaq və.s. Bu prosesə müəllim günlərini sərf edir. Müəllim əlavə yüklənilən formal xarakterli işlərlə məşğul olur və nəticədə dərs demək ikinci plana keçir. Müəllimin yazı işi dərs saatından sonra da bitmir. Çatdıra bilmədiyiklərini gətirib evdə yazır. Belə olan halda da müəllim zehni və fiziki cəhətdən yorulur, növbəti günün dərsinə hazırlaşmır və məktəbə hazırlıqsız gedir. Bu da istər-istəməz təhsilin keyfiyyətinə mənfi təsirini göstərir. Axı müəllimin əsas işi tədrisdir. O, bütün diqqətini və fikrini dərsə, şagirdi öyrətməyə yönəltməlidir. Əlavə işlərlə müəllimləri yükləmək nəyə gərəkdir? Hesab edirəm ki, müəllimlər dərs prosesi zamanı formal xarakterli yazı-pozu kimi əlavə yüklərdən azad olunmalıdırlar”.


Müəllim Lalə Nəbiyevanın sözlərinə görə, bu gün müəllim həqiqətən də vaxtının çox hissəsini yazı-pozu işinə sərf edir: “Müəllim olaraq bizim başlıca vəzifəmiz tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkilidir. Əlavə yazı işləri ilə vaxt itirmiş oluruq. Düzdür,çalışaram ki, həm dərsimi yüksək səviyyədə deyim, həm də yazı işlərini həll edim. Fiziki cəhətdən buna gücüm çatsa da, zehni baxımdan çox yoruluram”.


O qeyd edib ki, hər bir müəllimin fəaliyyətində başlıca yeri dərsə hazırlıq tutur: “İşinə məsuliyyətlə yanaşan müəllim növbəti günün dərsinə bir gün öncədən hazırlaşır. Müəllimin asudə vaxtı çox olmalıdır ki, o, öz əməyini resursların hazırlanmasına və ya internet vasitəsi ilə qabaqcıl təcrübədən istifadə etməklə öz dərsinə yeniliklərin gətirilməsinə sərf edə bilsin. Amma təəssüf ki, bu gün müəllimin növbəti günün dərsinə hazırlaşmağa çox az vaxtı qalır”.


Psixoloq Vəfa Əkbərin sözlərinə əsasən, zehni (psixoloji) yorğunluq və ya zehni tükənmə, müəyyən bir müddətdə zehni və fiziki funksional effektivliyin azalmasıdır. İnsan zehni yorulduqda, ətraf mühitin və ya vəzifənin, intensivliyin və ya müddətin idrak tələblərinin öhdəsindən gəlmək qabiliyyəti azalır:


“Zehni yorğun insanın gördüyü işin heç bir müsbət effekti olmur. Yəni o öz işini sadəcə mexaniki olaraq yerinə yetirir. Məsələn, müəllim dərsini keçir, ancaq istəsə belə bu dərsin şagirdlər üçün müsbət effekti olmur”.


Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək, valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri kimi müyyənləşdirilib:


“Bu gün ümumi təhsilin istər idarə edilməsi ,istərsə də təşkili ilə bağlı hüquqi normativ bazada ciddi çatışmamazlıqların olması göz önündədir və bu çatışmamazlıqdan ən çox əziyyət çəkən təhsilin bütün tərəfi ,xüsusi ilə məktəb rəhbərləri və müəllimlərdir. Baxmayaraq ki, 2009-2011-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən bir neçə ciddi normativ sənədlər qəbul edilib. 2014-2015-ci illərdə hüquqi-normativ bazanın genişləndirilməsi ilə bağlı müəyyən ciddi addımlar atılsa da ,bu proses hələ ki, yarımçıq olaraq qalmaqdadır. Bugünkü mənzərə ondan ibarətdir ki, təhsil sahəsində , xüsusi ilə ümumi təhsil pilləsində hüquqi-normativ sənədlərin bir çoxu biri-biri ilə tam uzlaşmır, fəaliyyətlərin təşkili ilə bağlı təlimatlar və qaydalar kifayət qədər lazımi səviyyədə deyil, bir sıra hallarda bir-biri ilə uzlaşmır. Nəzərə alaq ki, müəllimin iş vaxtının norması astronomik saatla müəyyən edilir , amma bir dərs saatının miqdarı 45 dəqiqədir. Əmək qanunvericiliyimizə əsasən, xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir . Müəllimlərimizin böyük əksəriyyətinin qadın olduğunu, onların ev, ailə, məişət qayğılarını da nəzərə alsaq, bu müddətlərdə müəllimin üzərinə düşən vəzifələri hələ keyfiyyət bir yana, heç lazımi səviyyədə yerinə yetirə biləcəyi də o qədər də real görünmür”.


Nadir İsrafilov bildirib ki, Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanan qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla, vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının sonrakı gedişinə də təsirsiz ötüşmədi:


“Kurikulumun tələbləri səviyyəsində hazırlanan və 2009-cu ilin yanvarında təsdiq olunan “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə, məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil. Təsəvvür edin ki, təkcə elə milli qiymətləndirmə hesab etdiyimiz məktəbdaxili qiymətləndirmə üç komponentdən ibarətdir: “diaqnostik“, “formativ “, “summativ”. Hələ bu summativlərin “makro” və “mikro” adlanan böyüyü və kiçikləri də var. Müəllimlər və məktəb rəhbərləri bütün iş-güclərini atıb bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nəsə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar. Daha sonra kurikulum üzrə qiymətləndirmə, yekun qiymətləndirmə, bir səviyyədə müəllimlər və məktəb rəhbərliyi tərəfindən, başqa mərhələdə mərkəzləşdirilmiş qaydada və s. formada… Bir sözlə makulatura yığnağı. Bu mənada hesab etmək olar ki, doğru yolu tapmaq üçün məhz summativlərdən başlamaq lazım idi. Bu addım hər şeydən əvvəl müəllimləri əlavə yükdən, ən başlıcası isə şagirdlərimizi lazımsız stressdən, fiziki və mənəvi gərginlikdən azad edəcək. Əsas dəyişiklikərin summativ qiymətləndirmələr və onların formatı ilə bağlı olacağı nəzərdə tutulurdu. Belə ki, I siniflərdə summativ qiymətləndirmənin olmayacağı, II-III siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacağı barədə rəsmi fikirlər səsləndirildi”.


Ekspertin dediyinə görə, keçən müddət ərzində qaydalarda bəzi dəyişikliklər edilməsi zərurətə çevrilib və tam əminliklə demək olar ki, bu kimi dəyişikliklər çoxsaylı müəllim, valideyn və şagirdlər tərəfindən rəğbətlə qarşılanır və yəqin ki, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində son yenilik olmayacaq: “Əvvəlki illərdən fərqli olaraq, Təhsil Nazirliyinin bu kimi vacib və əhəmiyyətli məsələləri ictimai müzakirəyə çıxarması yalnız təqdirəlayiqdir. Ümid etmək olar ki, geniş müzakirələr və dinləmələr yolu ilə, ictimai rəyi nəzərə almaqla müvafiq qərarlar qəbul ediləcək ki, bu da qiymətləndirmə sahəsində təkrar olaraq əlavə dəyışikliklər aparılması təkcə müəllimlərin deyil həmçinin şagirdlərin də dərs yükünü minimuma endirəcək, lazımsız kağızçılığa son qoyacaq. Mən hesabatlılığın əleyhinə deyiləm, ancaq bunun da bir həddi-hüdudu olmalıdır. Müəllim dərsə hazırlaşmalıdır, yoxsa kağız-kuğuzla oynamalıdır?”.

resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllim  yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalır.

Müəllim yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalır.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Metodbirləşmələr

Metodbirləşmələr

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Formativ qiymətləndirmə necə aparılır?

Formativ qiymətləndirmə necə aparılır?

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən məsələyə  RƏSMİ  CAVAB

Müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən məsələyə RƏSMİ CAVAB

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr