AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
23 may 2022
884


Nadir İsrafilov : Uşaqlara qarşı hər-hansı zorakılıq yolverilməzdir




Son günlər müəllim-şagird münasibətləri yenidən gündəmə gəlib. Zəngilan rayonu 35 saylı tam orta məktəbdə müəllimin şagirdi döyməsi videosu və bundan bir neçə gün sonra iki müəllimin məktəbdə şagirdin nənəsini döyməsi məsələlərini qeyd etmək olar. 


Məsələ müzakirələrə səbəb olub. Bəziləri müəllimin şagirdi döyməsini qınasalar da, müəllimləri buna şagirdlərin hərəkətlərinin vadar etdiyini bildirənlər az deyil.


Təhsil eksperti Nadir İsrafilov   bildirib ki, uşaqlara qarşı hər-hansı zorakılıq yolverilməzdir:


“Amma baş verənlər uşaqlara qarşı cəzasızlıq sindromunun fəsadlarıdır. Uşaq Hüquqları Konvensiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və bir çox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Bu sənədlərə əsasən, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə, inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur.


Müəllimlərin etik davranış qaydaları hazırlanıb, müəllimlərin peşə standartları tərtib olunub. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb. Lakin medalın başqa üzü olduğu kimi, bu məsələnin də başqa tərəfi var...


O da başadüşüləndir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir. Onun övladına uzadılan əl, vurulan şillə - valideynə vurulan şillədir. Lakin müəllim də insandır, onun da əsəbləri var, dözüm limiti var. Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstə qaşın var” da demək olmaz. 


Əgər uşaq məktəbdə dərs prosesini pozursa, müəllimi hövsələdən çıxarırsa, yaşıdlarını ələ salırsa, “əhliləşdirmə metodları”na reaksiya vermirsə, özünü bir növ “reket” hesab edirsə və valideyn də övladının öhdəsindən gələ bilmədiyini etiraf edirsə, bəs onda nə etməli?..”


“Razılaşaq ki, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri budur ki, pedaqoji proses təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika, psixologiya, fiziologiya kimi elmlərdən ayrı düşüb.

 

Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib.


Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib.


Maraqlı olduğu qədər də, təəccübləndirici və təəssüfləndirici haldır ki, sanki məktəb, müəllim mövzusundan başqa, digər mövzumuz yoxdur və yaşadığımız mühit elə təkcə məktəb, müəllim və şagirddən ibarətdir. Məktəbin, müəllimin adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz üçün, bütövlükdə heç cəmiyyətimiz üçün də başucalığı gətirən hal deyil”, - deyə o qeyd edib.


Nadir İsrafilov bildirib ki, problemin bu yolla ictimailəşdirilməsi vəziyyətdən çıxış yolu deyil:


“Çıxarılacaq nəticə isə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, səriştəli vətəndaş yetişdirmək kimi əsas məqsədimizi həyata keçirməkdə problemlərlə üzləşəcəyik. Son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən neqativ təzahürlər belə bir qənaətə gəlməyə əsas verir. İlk növbədə təhsil qanunvericiliyimizdə dəyişiklik edilməlidir.


Düzdür, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilib. Lakin bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət edirmi? Nə vaxta qədər deyək ki, şagirdin məktəbdən yayınmasına görə məktəb rəhbərliyi günahkardır?


Bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq? Nə qədər ki, tərbiyə işində məsuliyyət birtərəfli olacaq, valideynlərini baltalayan, ata-analarını qocalar evinə atan övladların sayı da bir o qədər artacaq...”Oxu.Az 




Загрузка...
Həmçinin oxuyun:
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Hüquqi aktlar.

Hüquqi aktlar.

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar

Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar   hüquqşünas Cəmil  Şirvanovla

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar hüquqşünas Cəmil Şirvanovla

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri