Müəllim şagirdi döyür, yoxsa döyməyə vadar edilir?
Son zamanlar ölkə məktəblərində müəllimlərin şagirdləri döyməsini əks etdirən görüntülər tez-tez gündəmə gəlir.
Sonuncu belə hadisə Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəlliminin 8-ci sinif şagirdini döyməsi ilə baş verib. Müəllimin şagirdi döyməsində əksər hallarda müəllim günahkar görülsədə, təəssüf ki, bir çox şagirdlər "Tik-tok", "Youtube" və s sösial şəbəkə platformalarında ”məşhur” olmaq və ya video çəkmək üçün müəllimləri məqsədli olaraq əsəbləşdirib, sonda onları döymələrinə vadar edir.
Mövzu ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, ümumtəhsil məktəblərinin nizamnaməsinin olmaması bu gün bu və bu kimi halların baş verməsinə səbəb olur:
“Məslə ondadır ki məktblərin ümumtəhsil nizamnaməsi olsa idi orada təbii olaraq müəlimin də, şagirdin də davranış qaydaları, cəza tədbirləri göstərilərdi.
Təhsil Nazirliyinin 2014-cü ildə qəbul etdiyi etik davranış qaydaları var. Lakin əksər müəllimlər bu etik davranış qaydaları ilə tanış edilməyib. O ki qaldı tələbələrin dərsdə telefondan istifadəsinə, bunu da məktəblərin nizamnaməsi ilə tənzimləmək olar. Ümumilikdə isə bu məsələ ilə bağlı qanunda da ciddi boşluqlar var“.