AzTehsil.com


Xəbərlər
04 may 2022
1 277


“Azərbaycan məktəbləri dünyanın qabaqcıl ölkələrinin məktəbləri səviyyəsindədir" - İlqar Orucov




"Son illər Azərbaycanda yeni məktəblərin tikilməsi, təhsil infrastrukturunun yenilənməsi, əsaslı təmir edilməsi istiqamətində ciddi işlər görülür. Prezident İlham Əliyevin hər zaman xüsusi həssaslıqla, qayğı ilə yanaşdığı və diqqətdə saxladığı sahələrdən biri də təhsildir. Dövlətimizin başçısı hər zaman bildirir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salanda həmin ölkələrin və xalqların uğurlu gələcəyini təmin edən başlıca faktorun malik olduqları təbii resurslar deyil, məhz təhsil, elm və texnologiyaların səviyyəsi ilə müəyyənləşdiyi aydın görünür. Təhsilə qoyulan investisiyaları artırmaqla biz təhsil və elmtutumlu ölkələrin nail olduğu yeni texnologiyaları əldə etmək, elmi innovasiyalar və inkişaf etmiş təhsilə söykənən rəqəmsal və biliklər iqtisadiyyatı qurmaq və beləliklə də dövlətimizin davamlı iqtisadi inkişafını və cəmiyyətin yüksək rifahını təmin etmək missiyası hədəfləmiş oluruq. Bu hədəfə çatmaq üçün dövlətimizin başçısı böyük uzaqgörənliklə “qara qızılın insan kapitalına çevrilməsi" konsepsiyasını irəli sürərək təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hər il məqsədli şəkildə artımını təmin edib".


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.


O bildirib ki, İlham Əliyevin Azərbaycana prezidentliyi dövründə - 2003-cü ildən bugünədək 3500-dən çox yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Yeni təhsil müəssisələrinin inşası, əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təchizi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Hazırda hər il orta hesabla yüzədək məktəb binası inşa olunur. Azərbaycanın ən ucqar kəndlərində, hətta sovet dövründə məktəb olmayan kəndlərdə belə müasir standartlara cavab verən məktəblər inşa edilib və ya modul tipli məktəb quraşdırılıb:


“Mən dünyanın qabaqcıl ölkələrində, o ölkələrin məktəblərində olmuşam. Gördüklərim bir daha təsdiq edib ki, Azərbaycan məktəbləri dünyanın qabaqcıl ölkələrinin məktəbləri səviyyəsindədir. Finlandiya dünyada öz təhsil sisteminə görə öndə gedir. Ancaq Finlandiya məktəbləri ilə Azərbaycan məktəblərini infrastruktur cəhətdən müqayisə etsək əminliklə deyə bilərik ki, Azərbaycan məktəbləri heç də geri qalmır”. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından əhəmiyyətə malik bir sıra layihələr də mühüm əhəmiyyət kəsb edir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Ümumilikdə 2003-2021-ci illər ərzində Fond tərəfindən 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 76 faizini təşkil edir".


İlqar Orucov vurğulayıb ki, Azərbaycan təhsilinə, məktəbinə göstərilən qayğı nəticəsində bu gün təhsil alan gənclərin səsi dünyanın nüfuzlu ali təhsil müəssisələrindən, elmi mərkəzlərindən gəlir. Onlar dünyanın transmilli korporasiyalarında təmsil olunurlar. Həmin gənclər Azərbaycanını simasıdır və bu simanın formalaşmasında məktəblərin rolu, dövlətimizin siyasi rəhbərliyinin təhsil sektoruna ardıcıl qayğısı danılmazdır.


“2003-cü ildən dövlətimizə rəhbərliyi dövründə Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətə nəzər saldıq. Bu həssas münasibət ölkəmizin uğurlu inkişafında təhsilin rolunu və yerini düzgün müəyyənləşdirməkdən irəli gəlir. Ümummilli lider Heydər Əliyevin iradəsi və imzası ilə əsası qoyulan nəhəng layihələri Pezident İlham Əliyev uğurla davam etdirərək bütün sahələri, həmçinin təhsil sektorunu inkişaf etdirməkdədir. Prezident hər zaman təhsil işçiləri ilə görüşdə şagirdlərin tərbiyəsinə xüsusi yer verilməsini, milli dəyərlərə, vətənə, xalqa, torpağa bağlı ruhda yeni nəslin formalaşmasını tövsiyə edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçildiyi illərdə orta məktəblərdə oxuyan, təhsil və milli ruhda tərbiyə alan həmin o nəsil məhz onun rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərərək vətən, dövlət və xalq naminə qanlarından və canlarından keçməklə 30 illik işğala son qoydular. 2003-cü ildən etibarən Prezident İlham Əliyev ardıcıl və yorulmaz fəaliyyəti ilə ölkəmizi bütün sahələrdə, o cümlədən təhsil sahəsində də böyük zəfərə doğru apardı”, – deyə İlqar Orucov qeyd edib.




Загрузка...
Həmçinin oxuyun:
"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

“Azərbaycanda təhsilin ayrı-ayrı pillələrinin hüquqi bazası gücləndirilir” - RƏY

“Azərbaycanda təhsilin ayrı-ayrı pillələrinin hüquqi bazası gücləndirilir” - RƏY

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

İlqar Orucov: MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları təmin ediləcək

İlqar Orucov: MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları təmin ediləcək

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

Sumqayıtda 20 nömrəli tam orta məktəb istifadəyə verildi

Sumqayıtda 20 nömrəli tam orta məktəb istifadəyə verildi

Nazir müavini: İqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır

Nazir müavini: İqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Nadir İsrafilov: İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

Nadir İsrafilov: İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

Azərbaycanda təhsilə və onun inkişafına dövlət səviyyəsində çox böyük diqqət, qayğı göstərilir

Azərbaycanda təhsilə və onun inkişafına dövlət səviyyəsində çox böyük diqqət, qayğı göstərilir

Sahibə Qafarova Şəmkirdən yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüşüb

Sahibə Qafarova Şəmkirdən yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüşüb

Təhsilə ən çox pul ayıran ölkələr – SİYAHI

Təhsilə ən çox pul ayıran ölkələr – SİYAHI

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır

Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir