AzTehsil.com

Xəbərlər / Müəllim / Ekspert
11 aprel 2022
943

Nadir İsrafilov: İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir

Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması elmlə təhsilin sintezi istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

“Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” müddəası çoxları tərəfindən birmənalı şəkildə qəbul edilsə də, bir çoxları bu müddəanın reallaşmaması, inkişafın kompleks aparılmaması, elmin təhsilə verdiyi töhfənin hələ ki, lazımi nəticə verməməsi, bu məqsədlərə ayrılan vəsaitin kifayət etməməsi və yaxud əksinə, elmə ayrılan vəsaitlərin səmərəli istifadə olunmamasından hər hansı bir nəticənin əldə edilməməsi qənaətindədirlər. Elmin inkişafına ayrılan vəsaitin xərclənməsi üçün konsepsiyanın olmadığını da vurğulayanlar var.

Digər tərəfdən hər il dövlət büdcəsindən elmə ayrılan müəyyən vəsaitlər müqabilində Azərbaycan alimlərinin son 20 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olubmu sualını qoyanlar da olub. Hətta alimlərin böyük əksəriyyətinin Universitetlərdə cəmləşdiyini əsas gətirərək AMEA-nın ləğv edilməsi əvəzində Təhsil nazırliyi yenidən formalaşdırılaraq, bir çox ölkələrdə olduğu kimi Elm və Təhsil Nazirliyinə çevrilməsi təklifi ilə çıxış edənlər də az olmayıb. Bu gün qarşıda duran əsas məqsəd doğma Qarabağda aktiv həyatı yenidən bərpa etmək, bir çox sahələrdə quruculuq işlərini həyata keçirməkdir. Azad olunan torpaqlarımızda ilkin olaraq həyata keçiriləcək işlərdən biri də təhsilyönümlü layihələrdir ki, bununla bağlı da müvafiq fəaliyyət planı hazırlanıb və işlər davam etdirilir. “AMEA-nın Qarabağ Bölməsi yaradılmalıdır” təklifi də yeni yanaşmalarda özünə geniş yer alıb. Bir çox hallarda isə dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. “Nazirliyin müraciəti əsasında AMEA-nın alim-ləri də dərsliklərin müzakirələrində iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək"- kimi təklifin də şahidi olmuşuq.

İdarəetmənin daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin zəruriliyi də, yəni Elm və Təhsil Nazirliyinin yaradılması, o cümlədən AMEA, təhsil sferasında olan bütün müəssisələrin, elmi təşkilatların və məktəbəqədər təhsil müəssisələrinin bu quruma həvalə edilməsi çağırışları da zaman-zaman gündəmə gəlir. Sistemdə dəyişikliklərin olmaması və yaxud vəzifəli şəxslərin uzun müddət qalmasının o qədər də yaxşı nəticə verməməsi, yeni kadrların isə yeni layihələrlə işləməyə, etimadı doğrultmağa çalışacaqları barədə mülahizələrdə də müəyyən həqiqət var. Problemin birdəfəlik həlli geniş müzakirələr tələb edir və gedişat zamana bağlı məsələdir. Ancaq, AMEA-da bir çox institutlara daxil olan şöbələrin və qurumların birləşdirilməsi, müəyyən ixtisarlar, rasionallaşdırma və optimallaşdırma baxımından nəinki lazımdır, hətta zəruridir. “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirik, ancaq bu istiqamətdə konkret addımlar atmağa tələsmirik. Məsələnin necə tənzimlənəcəyi barədə düşünməyin vaxtıdır.

Загрузка...
Həmçinin oxuyun:
Alimlikdən təsisçiliyə gedən uzun yol - Uğurlu təhsil karyerası

Alimlikdən təsisçiliyə gedən uzun yol - Uğurlu təhsil karyerası

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Deputat müəllim və həkimlərin maaşlarının azlığından şikayətləndi

Deputat müəllim və həkimlərin maaşlarının azlığından şikayətləndi

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

Emin Əmrullayev: “Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir”

Emin Əmrullayev: “Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir”

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

2019-cu il üçün elmə ayrılan məbləğ məlum oldu

2019-cu il üçün elmə ayrılan məbləğ məlum oldu

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

İctimai Şuranın sədr müavinindən deputata dəstək.

İctimai Şuranın sədr müavinindən deputata dəstək.

“Nöqsanlara yol verən direktorun cəzalandırılması başqalarına dərs olacaq” - Deputatlar

“Nöqsanlara yol verən direktorun cəzalandırılması başqalarına dərs olacaq” - Deputatlar

Operativ Qərargah yeni qərar QƏBUL ETDİ

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı

BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı

2022-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib

2022-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Azərbaycanda dərin islahatlar həyata keçirilir

Azərbaycanda dərin islahatlar həyata keçirilir

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Rektor:  “Elmi məktəblərin sayı artırılmalıdır”

Rektor: “Elmi məktəblərin sayı artırılmalıdır”

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı