AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
22 iyun 2021
965


Alimlikdən təsisçiliyə gedən uzun yol - Uğurlu təhsil karyerası



Alimlikdən təsisçiliyə gedən uzun yol - Uğurlu təhsil karyerası

 

 Nəzəriyyə ilə təcrübə vəhdət təşkil edirsə...

Uzun illik elmi-pedaqoji fəaliyyətim və təhsilin müxtəlif idarəetmə strukturlarında çalışdığım müddətdə qazandığım çoxillik təcrübə belə qənaətə gəlməyimə əsas verir ki, hər hansı bir təhsil müəssisəsinin uğuru hər şeydən daha çox, bu müəssisəyə başcılıq edən rəhbərin kimliyindən və nəçiliyindən asılıdır.

Necə deyərlər, insan öz əməli ilə tanınır. Körpü tikdirmək, bulaq çəkdirmək, yol salmaq, məktəb açmaq babalarımızdan bizə gəlib çatan xeyirxah işlərdir. Belə dünya görmüş insanlar öz xeyirxah əməlləri ilə tarix boyu xatırlanır və unudulmur.

Pedaqoji fəaliyyət isə elə bir sosial-ictimai sahədir ki, onun təşkilatçısı, aparıcısı göz önündədir. Bu fəaliyyətin nəticələri cəmiyyətə, dövlətin sabahına ünvanlanır. Pedaqoji prosesə elmi cəhətdən düzgün təşkil olunmuş səmərəli rəhbərlik, obyektiv və planlı nəzarət isə bu işdə çox əhəmiyyətli rol oynayır.

Haqqında söhbət açdığım dəyərli ziyalılarımızdan biri tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim, "İdrak” liseyinin həm Sumqayıtda, həm də Bakıda yaradıcısı və təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs vəsaiti və 60-dan çox elmi-publisistik məqalələrin müəllifi, Bakı Dövlət Universitetinin informatika kafedrasının professoru Mönsüm Ədil oğlu Alışovdur.

Hər iki liseyin uğurları haqqında uzun-uzadı danışmağa ehtiyac duymuram. Bircə onu demək kifayət edər ki, təsis olunduqları son dərəcə qısa zaman kəsiyində bu liseyləri bitirmiş məzunlar yüksək ballarla Azərbaycanın, eləcə də dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində pulsuz dövlət sifarişli ixtisaslarında təhsil alırlar.

Alışov  Mönsüm Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1976-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası Maarif Nazirliyinin əmri ilə Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə təyinat alıb. 1980-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçmüş, Üzvü Sintez Birliyində mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir.

Elmə və tədqiqatçılığa olan marağı və həvəsi onu 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına gətirib çıxarmış, oranı bitirdikdən sonra elə həmin institutun Təlimin Texniki Vasitələri Şöbəsində elmi işçi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə Sumqayıt şəhərində ilk özəl orta ixtisas təhsil müəssisəsi - Sumqayıt Pedaqoji Seminariyasını təsis etmiş və ona rəhbərlik etmişdir.

2001-ci ildə "Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. M.Alışov ümumtəhsil məktəblərində kompüter texnikasından istifadə etməklə fizika və riyaziyyat fənlərinin tədrisi zamanı "problemli-modullu təlim” texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasını işləyib hazırlayıb.

Məlum olduğu kimi, bu gün müxtəlif sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Bu isə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərə yiyələnməyi zəruri edir. Orta məktəbdən İKT-nin tədrisini başlamaq, bu biliyə mükəmməl yiyələnməyin ən yaxşı yolu hesab edilə bilər. Bu baxımdan onun hazırladığı dərs vəsaiti müəllimlərimizin və şagirdlərimizin həlli çətin problemlərlə üzləşməsinin həlli baxımından çox faydalıdır.

Onun "Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə” adlı dərs vəsaitini isə Əməkdar elm xadimi, professor Şahlar Əsgərov interaktiv lövhə ilə işləyən müəllimlər üçün yazılan və yazılacaq vəsaitlərin "pioneri” adlandırmışdır. Professor qeyd etmişdir ki, sürətli informasiya əsrində yaşadığımızdan yeni nəslin öyrənmə imkanları günü-gündən genişlənir və bu sahədə bələdçilik məktəbin, müəllimin öhdəsinə düşür.

Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dövrün tələbidir.

Bu gün dünya iqtisadiyyatı biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

"Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya” Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Artıq Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılıb.

Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) biliyinə mükəmməl yiyələnməyin ən optimal yolu məhz orta məktəbdən keçir. Məktəb illərində bu texnologiyalara yiyələnmək informasiya cəmiyyəti quruculuğunda onların fəal iştirakını təmin etmiş olur. Heç şbhəsiz ki, yetişməkdə olan gənc nəsil təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o, təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. "İdrak” liseyində məhz bu istiqamətdə aparılan işlər isə, Respublikamızın hər bir məktəbi üçün nümunə sayıla bilər.

Mönsüm Alışovun gərgin əməyi və çoxillik zəhməti hesabına ərsəyə gətirilən 3 cilddən ibarət "Təhsil və cəmiyyət” kitabı təhsilimizin inkişafı və tərəqqisi yoluna bir daha yaxından nəzər salmağa imkan verir. Kitabda cəmiyyət üzvlərinin potensial inkişafının fopmalaşmasında təhsilin müstəsna əhəmiyyəti, yüksək intellektə malik insan kapitalının davamlı inkişaf etdirilməsində təhsilin rolu və əhəmiyyəti yeni yanaşmalarla əsaslandırılır.

Bir şəxsin timsalında bir liseyin nümunəsini qələmə almaqda məqsədim müəsisə rəhbərinin şəxsi keyfiyyətlərinin və yaradıcı potensialının rəhbərlik etdiyi müəsisənin və bütövlükdə təhsilimizin inkişafında və uğurlarında nə qədər önəmli olmasını göstərməkdir. Ayrı-ayrı dövrlərdə, ayrı-ayrı şəxslər tərəfindən deyilmiş "Kadrlar hər şeyi həll edir” kəlamı bu günümüz üçün xüsusi aktuallıq kəsb edir.

Təhsilsiz elm, elmsiz təhsil yoxdur – deyiblər. Elm və təhsilin qoşa addımlamasını Mönsüm Alışovun təsis etdiyi "İdrak” liseyinin nümunəsində əyani şəkildə görür, hörmətli professorumuzu doğum günü münasibətilə səmimi təbrik edirik.
Nadir İsrafilov
TN yanında İctimai Şuranın sədr müavini



Загрузка...
Həmçinin oxuyun:
Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Dərs vəsaitinin təqdimatı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans

“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans

“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib

İctimai Şuranın sədr müavinindən deputata dəstək.

İctimai Şuranın sədr müavinindən deputata dəstək.

Müasir və yaradıcı təhsil təşkilatçısı

Müasir və yaradıcı təhsil təşkilatçısı

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Azərbaycanda təhsilin pillələri və səviyyələri

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Ümumtəhsil məktəblərinin direktorlarının əmək funksiyası  ( Yeni TİVTSK-dan )

Ümumtəhsil məktəblərinin direktorlarının əmək funksiyası ( Yeni TİVTSK-dan )

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Zəhmətlə yazılan 75 illik ömür kitabı

Zəhmətlə yazılan 75 illik ömür kitabı