AzTehsil.com


Xəbərlər / Abituriyent
05 sentyabr 2020
1 805


Sahibə Qafarova Şəmkirdən yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüşüb



Sahibə Qafarova Şəmkirdən yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüşüb

 

Milli Məclisin Sədri Sahibə Qafarova Şəmkir rayonundan ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi Şəmkir rayonundan ali təhsil müəssisələrinə cari ildə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib.

Abituriyentləri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edən Milli Məclisin Sədri qeyd edib ki, müdavimlərin əldə etdikləri bu yüksək nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, təhsil sahəsində reallaşdırılan tədbirlərin parlaq nəticələridir. "Bu nailiyyət həmçinin sizin illərlə çəkdiyiniz əziyyətin, əzmkarlığınızın nümunəsidir. Eyni zamanda, sizin yaxşı təhsil almağınız, ali məktəblərə qəbul olunmağınız üçün zəhməti olan, sizə qayğı göstərən, sizi öyrədən müəllimlərinizin əməyinin bəhrəsidir. Təbii ki, valideynləriniz maddi və mənəvi olaraq fədakarlıqlar ediblər və düşünürəm ki, bu nailiyyətinizdən haqlı olaraq qürur hissi keçirirlər”. Sahibə Qafarova vurğulayıb ki, müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır və gənclər cəmiyyətin fəal təbəqəsidir: "Gənclərimiz fəaldırlar, dəyişən dünyanın yeni çağırışları ilə ayaqlaşmağa qadirdirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev də hər zaman çıxışlarında gənclərimizin rolunu çox yüksək qiymətləndirir. Ölkəmizdə gənclərə geniş imkanlar yaradılır, onlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Gənclərlə bağlı davamlı olaraq dövlət proqramları həyata keçirilir. Gənc nəslin yaxşı təhsil alması üçün yüksək səviyyədə imkanlar təmin edilir. Bu gün gənclər yüksək vəzifələrə təyin edilir. Sevinirəm ki, Şəmkir rayonunda da gənclərimiz həyatın ən müxtəlif sahələrində fəallıq göstərir, rayonda həyata keçirilən işlərə dəstək verirlər”.

Spiker vurğulayıb ki, bu gün gənclərimizin öz üzərində çalışıb, yüksək təhsil almaları, bilikli, bacarıqlı kadrlar kimi yetişib xalqımıza, dövlətimizə xidmət etmələri üçün çox böyük imkanlar var. "Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycanda təhsilin inkişafı dövlətimizin əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Ölkəmizdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini xüsusilə qeyd etməliyik. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir. İnanıram ki, siz gənclər, bu imkanlardan uğurla yararlanaraq yaxşı təhsil alacaqsınız”, – deyə Sahibə Qafarova bildirib.

Milli Məclisin Sədri qeyd edib ki, yaxşı təhsil, bilik və savadla yanaşı, gənclərin vətənpərvərlik hisslərinin daha da güclənməsi, dövlətimizə, xalqımıza sədaqətli olması çox vacibdir. O, abituriyentlərə seçəcəkləri ixtisaslar üzrə biliklərə dərindən yiyənləməyi tövsiyə edərək əlavə edib ki, hər bir gəncimiz xarici dilləri də öyrənməyə maraq göstərməlidir. Müasir və qabaqcıl texnologiyaları mənimsəməli, bu imkanlardan faydalanmağı bacarmalıyıq: "Yaxşı təhsil almaqla yanaşı, ictimai həyatda da fəal olun. Bu gün Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. Könüllülər həyatımızın ən müxtəlif sahələrində fəallıq göstərərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Gələcəkdə sizin də bu istiqamətdə fəal olmağınızı arzulayıram. Çünki gənclər təşəbbüskardır, onlar yeni ideyalarla çıxış edirlər. Hesab edirəm ki, təşəbbüskar, savadlı, bilikli, vətənpərvər gənclər ordusu ölkəmizi irəli apara bilər”.

Sonda Sahibə Qafarova bir daha yüksək nəticə əldə etmiş abituriyentləri təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzulayıb.

Görüşdə çıxış edən abituriyentlər bu görüşün onların həyatında çox əlamətdar bir hadisə olduğunu vurğulayaraq, gələcəkdə ən yüksək səviyyədə təhsil alaraq, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək üçün bacarıqlı mütəxəssislər kimi yetişmək üçün çalışacaqlarını bildiriblər.

Görüşdə çıxış edən valideynlərdən – Ağasani Məmmədov və Vüsalə Həsənova belə bir görüşün təşkili üçün minnətdarlıqlarını ifadə edərək ölkə gənclərinin yüksək nailiyyətlər əldə etməsi üçün yaradılan əlverişli şəraitə, gənclərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevava öz dərin minnətdarlıqlarını ifadə ediblər.
 

Sahibə Qafarova Şəmkirdən yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüşüb

 





Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə tanış olub

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

İlham Əliyev Fikrət Qocanı təbrik etdi

İlham Əliyev Fikrət Qocanı təbrik etdi

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

Bakıda III Robot Olimpiadasına start verilib

Bakıda III Robot Olimpiadasına start verilib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

BMU-da onlayn “Məzun günü” keçirilib

BMU-da onlayn “Məzun günü” keçirilib

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

“Study UK Alumni Awards 2019”un qaliblərinin adları açıqlanıb

“Study UK Alumni Awards 2019”un qaliblərinin adları açıqlanıb

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində