Dövlətimiz daima təhsilimizin qayğısına qalır
Təhsilə qayğı birinci vitse-prezident Mehriban xanım Əliyevanındə daim diqqqət mərkəzində olub.
Mehriban xanım hələ Heydər Əliyev Fondunun prezideni olduğu dönəmdə 2005-ci ildən Fond tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı cəmiyyətdə böyük rezonans yaradıb.Beleə ki, bu layihə çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən yüzlərlə məktəb tikilib və yenidən qurulub, həmçinin uşaq evləri və internat məktəbləri əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib
Bu gün də Azərbaycanda müəllimə diqqət dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də Heydər Əliyev ənənələri uğurla davam etdirilir.
Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində "Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” ölkə Prezidentinin sərəncamına əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqında əhəmiyyətli artım olmuşdur.
Təhsil islahatlarının əsas məqamlarınından biridə Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi nazirlik tərəfindən imtahan yolu ilə həyata keçirilir.Həmçinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir.
Ümumiyyətlə Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.
Mənbə Fedai.az