Xəbərlər / Müəllim
23 mart 2022
2 972


Nuranə Abdullazadə: Suqovuşanda məktəb binasının təmir ediləcəyi xəbəri Tərtər təhsil işçilərini çox sevindirdi


44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş torpaqlarımızda hazırda tikinti-quruculuq, abadlıq işləri aparılır, “Ağıllı kənd” layihələri həyata keçirilir. Eləcə də Şuşada, Ağdamda, Cəbrayılda məktəb tikintisi davam etdirilir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşanda olarkən qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasındakı vəziyyətlə də maraqlanıblar. Məktəbin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq.


Bu barədə AZƏRTAC ilə fikirlərini bölüşən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Nuranə Abdullazadə deyib: “Suqovuşan su anbarı vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra burada da tikinti-quruculuq işləri aparılır. Məktəbin əsaslı təmir ediləcəyi xəbəri Tərtər təhsil işçilərini, oradan məcburi köçkün düşmüş əhalini çox sevindirdi. Ərazisi bir hektar olan məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir. Məktəb özü dördmərtəbəli binadır. Əsaslı təmir başa çatdıqdan sonra məktəbdə təhsil yenidən canlanacaq. Biz Tərtər Təhsil Şöbəsi adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda, Tərtər təhsil işçiləri adından söz veririk ki, həmin məktəbdə şagirdlərin vətənpərvər ruhda böyüməsinə daim dəstək göstərəcəyik, onların yanında olacağıq. Təkcə şagirdlərin deyil, onlara təhsil verən, şagirdləri vətənpərvər ruhda böyüdəcək müəllimlərin də daim yanında olacağıq, əlimizdən gələn köməyi edəcəyik”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Suqovuşan qəsəbəsindəki tam orta məktəbin binası əsaslı təmir ediləcək

Suqovuşan qəsəbəsindəki tam orta məktəbin binası əsaslı təmir ediləcək

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Paytaxtda 8 yeni məktəb binası inşa olunur

Paytaxtda 8 yeni məktəb binası inşa olunur

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Bakıda yeni məktəb binaları inşa olunur

Bakıda yeni məktəb binaları inşa olunur

Goranboyda 1 nömrəli məktəbin tikintisi davam etdirilir - FOTOLAR

Goranboyda 1 nömrəli məktəbin tikintisi davam etdirilir - FOTOLAR

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Prezident Gəncədəki orta məktəbdə oldu

Prezident Gəncədəki orta məktəbdə oldu

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Bakıda fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb

Bakıda fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

İsmayıllıda 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verildi

İsmayıllıda 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verildi

Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda məktəb tikilir

Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda məktəb tikilir

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

Yeni məktəb binası istifadəyə veriləcək

Yeni məktəb binası istifadəyə veriləcək

Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır

Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır

Qazaxda köhnə məktəb binası yenisi ilə əvəz olunub - VİDEO

Qazaxda köhnə məktəb binası yenisi ilə əvəz olunub - VİDEO