BDU-nun dosenti vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Pərvin Əhməd qızı Həsənova 83 yaşında vəfat edib.
Bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.
Pərvin Həsənova 1963-cü ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirib. 1966-75-ci illərdə BDU-nun Elmi Kitabxananasında şöbə müdiri olub.
1975-78-ci illərdə BDU-nun Estetika və etika kafedrasında aspiranturanın əyani şöbəsində oxuyub. 1978-81-ci illərdə həmin kafedrada baş laborant işləyib.