Xəbərlər
14 noyabr 2021
1 638


Son bir həftədə BDU-nun 5-ci müəllimi vəfat edib - FOTO



Bakı Dövlət Universitetinin daha bir müəllimi vəfat edib. 


Lent.az xəbər verir ki, universitetin Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Şölə Mövsüm qızı Şirəliyeva 76 yaşında dünyasını dəyişib.  


Ş.Şirəliyeva 1968-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 


Qeyd edək ki, son bir həftədə Bakı Dövlət Universitetinin daha 4 müəllimi dünyasını dəyişib. Onlar universitetin Filologiya fakültəsinin İngilis dili kafedrasının dosenti Tamilla Qurbanova, Kimya fakültəsinin professoru Məhərrəm Məhərrəmov, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Aşur Əliyev və Filologiya fakültəsinin professoru Nizami Xəlilovdur.



Məqalə Göndər








Загрузка...