Dünya bu müəllimdən danışır
Moskvada məktəblərin birində müəllimləri yığıb Ukraynadakı situasiyanın şagirdlərə necə izah edilməsi ilə bağlı təlimatlandırıblar. Bununla razı olmayan Kamran Manaflı adlı çoğrafiya müəllimi həmin görüşdən sonra İnstagramda Ukraynada aparılan müharibə əleyhinə post paylaşıb.
Bu barədə içtimai fəal Fəxrəddin Abbas sosial şəbəkədəki hesabında bildirib:
İşlədiyi məktəbin baş müəllimi zəng edib postu silməyini tələb edib, əks halda işdən çıxarılacağı ilə bağlı xəbərdarlıq edib. O, işdən çıxarılmağı üstün tutub.
Onun bu addımı Rusiyalı tələbələrdən böyük dəstək alıb və dünya mediasının gündəminə oturub.