20 min müəllim işdən qovuldu- 10-cu sinif testini keçə bilmədilər
Ölkə prezidenti Muhammadu Buhari 20 min müəllimin imtahandan keçə bilməməsini "faciə" adlandırıb.
"Bu, çox ciddi məsələdir ki, müəllimlər imtahandan keçə bilmirlər, amma şagirdlərindən imtahandan keçməyi tələb edirlər. 20 min müəllimin imtahandan kəsilməsi faciədir".
İmtahanların keçirildiyi Kaduna şəhərinin valisi Mallam Nasir Ahmad El-Rufai müəllimlərdən bir neçəsinin test nəticələrini sosial şəbəkədə paylaşıb və qeyd olaraq "İmtahan nəticələri belə olan birinin övladlarınıza nəsə öyrətməsinə razı olarsınız?" yazıb.
Vali bildirib ki, imtahandan 75 faizdən aşağı nəticə göstərən müəllimlər işdən qovulublar. Lakin onlar yenidən imtahanda iştirak edib, yüksək nəticə əldə etsələr, işə qəbul ola bilərlər.