I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB
I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda 7 nəfər maksimum nəticə göstərib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 mal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları olub. IV ixtisas qrupu üzrə isə 2 abituriyent - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb.