Nazir Ukraynadakı tələbələrdən DANIŞDI: İş aparılır
Ukraynadakı tələbələr Azərbaycan vətəndaşlarıdır və onların problemlərinin həlli istiqamətində iş aparılır.
Bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, bununla bağlı tədbirləri Xarici İşlər Nazirliyi həyata keçirir. Onun sözlərinə görə, Təhsil Nazirliyi bu prosesdə dəstəkverici funksiyanı yerinə yetirir.