Emin Əmrullayev: Yaradılacaq universitet Türkiyənin qabaqcıl ali təhsil müəssisələri səviyyəsində olacaq
Azərbaycan-Türkiyə birgə universiteti Türkiyənin qabaqcıl ali təhsil müəssisələri səviyyəsində olacaq.
Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək.