Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlanıb.
Noyabrın 1-də Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Mahmut Özər arasında görüş keçirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç, Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Eren və Bilkənt Universitetinin rektoru Abdullah Atalar ilə görüşləri nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyəti, eyni zamanda, Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin heykəlini ziyarət edəcək və Türkiyə paytaxtında yerləşən Heydər Əliyev adına orta məktəbdə olacaq.
Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq.
Sabir Şahtaxtı