AzTehsil.com


Xəbərlər / Valideyn
01 yanvar 2022
2 280


Dahilərdən uşaqlar haqqında sitatlar




1. Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.  (Hz.Əli)


2. Uşaqların nəsihətdən çox yaxşı

nümunəyə ehtiyacı var.  (Jozef Jubert)


3. Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir.  (Oskar Uayld)


4. Uşaqlara susmağı öyrədin, danışmağı onlar özləri də bacarar.  (Benjamin Franklin)


5. Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz.  (Viktor Hüqo)


 6. Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin.  (Nəsrəddin Tusi)


7. Unutmayın, uşaqlarınız sizin deyil. Onu Yaradandan borca götürürsünüz.  (Hindu atalar sözü)



8. Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz.  (Jan Jak Russo)


9. Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar.  (H.Jekson Braun)


10. Kimsə həyatı boyu böyük uşaq kimi qalmayıb, ciddi, ağıllı və məntiqli biri olsa, dünyanın çox işinə yarayar və yaxşı vətəndaş ola bilər, amma dahi ola bilməz artıq.  (Artur Şopenhauer)


11. Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən. Amma mən rəssam oldum və Pikasso olaraq qaldım.  (Pablo Pikasso)

  

12.  Uşaq vaxtı özümü çox tənha hiss edirdim; hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara bəzi ipucları verməyə çalışıram.  (Karl Qustav Jung) 




Загрузка...