AzTehsil.com


Xəbərlər / Video
12 dekabr 2021
1 080


Karantinlə bağlı YENİ QƏRAR: Qaydalar dəyişdi - Ətraflı VİDEOda




Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib.


 Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərarda aşağıdakılar müəyyən edilib:


2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.


Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.


İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir.


Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçrilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir. Həmin tələblər aşağıdakılardır:


1) şənlik mərasimlərində qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;


2) 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;


3) şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;


4) şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az" portalına daxil etməlidir.


Bu tələblər pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.


2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb olunur.Milli.Az  




Загрузка...
Həmçinin oxuyun:
Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi

Xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi

Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır

Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır

COVID-19 pasportuyla bağlı daha bir tələb qüvvəyə mindi

COVID-19 pasportuyla bağlı daha bir tələb qüvvəyə mindi

Nazirlikdən COVID-19 peyvəndi və immunitet sertifikatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO

Nazirlikdən COVID-19 peyvəndi və immunitet sertifikatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO

Gələn ay metro və avtobuslar həftəsonları işləməyəcək – QƏRAR

Gələn ay metro və avtobuslar həftəsonları işləməyəcək – QƏRAR

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Nazirlər Kabineti qərar qəbul etdi: Karantin müddəti uzadıldı

Nazirlər Kabineti qərar qəbul etdi: Karantin müddəti uzadıldı

Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar

Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Yaşı 65-dən yuxarı olan təhsil işçiləri də məktəbə gələ biləcək

Yaşı 65-dən yuxarı olan təhsil işçiləri də məktəbə gələ biləcək

Hansı qadağalar qüvvədə qalır? - SİYAHI

Hansı qadağalar qüvvədə qalır? - SİYAHI

Baş infeksionist: “Əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”

Baş infeksionist: “Əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi – RƏSMİ

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi – RƏSMİ

Sabahdan metro bu saatdan işləyəcək

Sabahdan metro bu saatdan işləyəcək

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Baş nazirdən əyani tədrislə bağlı QƏRAR

Baş nazirdən əyani tədrislə bağlı QƏRAR

Bufetlərlə bağlı qərar verildi: Yeməkdən əvvəl və sonra...

Bufetlərlə bağlı qərar verildi: Yeməkdən əvvəl və sonra...