AzTehsil.com


Xəbərlər / Səhiyyə
19 noyabr 2020
1 273


Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb



Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

 

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır.

Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumat görə, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilmişdir:

- Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

- Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

- 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Sərt karantin rejimi UZADILDI

Sərt karantin rejimi UZADILDI

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Bu tarixdə metro işləməyəcək - RƏSMİ

Bu tarixdə metro işləməyəcək - RƏSMİ

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Baş nazir karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Baş nazir karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Bu gündən noyabrın 16-dək Bakıda daha bir qadağa qüvvəyə minir

Bu gündən noyabrın 16-dək Bakıda daha bir qadağa qüvvəyə minir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub

Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? - Rəsmi AÇIQLAMA

Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? - Rəsmi AÇIQLAMA

Hansı qadağalar qüvvədə qalır? - SİYAHI

Hansı qadağalar qüvvədə qalır? - SİYAHI

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır

Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır

Bu gündən vətəndaşlar evdən SMS xidməti ilə çıxa biləcək

Bu gündən vətəndaşlar evdən SMS xidməti ilə çıxa biləcək

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb