AzTehsil.com


Xəbərlər
22 iyun 2021
1 218


Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR



Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

 

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarın 2.4-cü bəndinə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilir:

– 2021-ci il 1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimləri "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

– 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur;

– 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

– Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir;

– Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

– Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az” portalına daxil etməlidir.

– Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən "icaze.e-gov.az” portalına daxil edilməlidir.

Bu qərarın tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.

İctimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

"İcaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn zəruri tədbirlərin görülməsini təmin edəcək.



Загрузка...
Həmçinin oxuyun:
Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək

Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Baş nazir karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Baş nazir karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır

Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Nazirlər Kabineti qərar qəbul etdi: Karantin müddəti uzadıldı

Nazirlər Kabineti qərar qəbul etdi: Karantin müddəti uzadıldı

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi – RƏSMİ

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi – RƏSMİ

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Sərt karantin rejimi UZADILDI

Sərt karantin rejimi UZADILDI

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Operativ Qərargah yeni qərar QƏBUL ETDİ

Operativ Qərargah yeni qərar QƏBUL ETDİ

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI