Xəbərlər
15 noyabr 2021
3 098


Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İradə Quliyeva ifadə verib.


O bildirib ki, Türkmənistanda doğulub, Rusiya vətəndaşıdır.


İ.Quliyevanın sözlərinə görə, BSU-da əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə 6 800 manat pul ödəyib:


“Həmin vaxt Vətən müharibəsi gedirdi. Dürdanə Əliyeva mənə dedi ki, təhsil haqqını ödəmə terminalı vasitəsi ilə onun hesabına ödəyim. Pulu ödəyəndə hesab nömrəsində Dürdanə Əliyevanın adı yazılmışdı. O bildirdi ki, ölkədə müharibə şəraiti olduğu üçün insanlara kömək edirik. Universitetə gəlmədən pulu rahat şəkildə ödədim. Sonradan mənə universitetdən zəng etdilər ki, ödədiyim pul kassaya köçməyib və təhsil müəssisəsinə borc var”.


Şahid ifadəsinə münasibətdə D.Əliyeva həmin məbləğin onun hesabına ödənildiyini təsdiqləyib.


D.Əliyeva bildirib ki, İ.Quliyevadan aldığı pulu həmin vaxt BSU-nun rektor vəzifəsində çalışmış Nurlana Əliyevaya verib.


Məhkəmədə ifadə verən digər şahid də universitetdə təhsil almaq üçün D.Əliyevaya 1 000 manat pul verdiyini deyib:


“BSU-da əlavə təhsil üçün ora 2 300 manat ödəməli idim. Sonradan danışıb, universitetə 1 000 manat verdim. Dürdanə Əliyeva mənə dedi ki, bankla ödəyəndə sonradan problem olur. Həmin pulu ödədim, lakin tələbə bileti vermədilər. Sonra pandemiya ilə bağlı tədris də dayandı. Yanvar ayında bildim ki, mənim universitetə borcum var”.


O, məhkəmədən dəymiş ziyanın ödənilməsini xahiş edib.


Proses noyabrın 22-də davam etdiriləcək.


Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.


D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib

Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmədə Nərmin Quliyevanın nənəsi və əmisi dindirilib

Məhkəmədə Nərmin Quliyevanın nənəsi və əmisi dindirilib

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Kollec direktoru hakim qarşısında ifadə verdi

Kollec direktoru hakim qarşısında ifadə verdi

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Bakı Slavyan Universitetinin kafedra müdiri koronavirusdan öldü

Bakı Slavyan Universitetinin kafedra müdiri koronavirusdan öldü

Bakı Slavyan Universitetindən növbəti humanist addım

Bakı Slavyan Universitetindən növbəti humanist addım

Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəmədə

Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəmədə

Polşalı müəllimlər Bakı Slavyan Universitetində

Polşalı müəllimlər Bakı Slavyan Universitetində