AzTehsil.com


Xəbərlər
01 aprel 2017
2 809


BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib



BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

 

Bakı Slavyan Universitetində (BSU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Qan yaddaşımız” adlı anım mərasimi keçirilib. BSU-nun Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva 31 Mart 1918-ci il tarixində baş vermiş qanlı hadisənin ermənilərin azərbaycanlıların əleyhinə törətdikləri cinayət olduğunu və bu tarixin bizim yaddaşımızdan heç vaxt silinməyəcəyini nəzərə çatdırıb.
 
Bakı Slavyan Universitetində Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gənclərin rolunu xüsusi vurğulayan Nurlana Əliyeva aprelin 5-də  şəhidlərin xatirəsinə həsr olunacaq yürüşdə BSU-nun 300-dən çox tələbəsinin iştirak edəcəyini deyib.
 
Tədbir çərçivəsində mərhum kinorejissor, BSU-nun jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi Ələkbər Muradovun "Yaddaşın rəmzi” sənədli filminin nümayişi olub.
 
Sonra Diplomatiya və xarici siyasət kafedrasının dosenti Sabir Məmmədovun "31 mart soyqırımı”, Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasınnı dosenti Şəhla Nurizadənin "Quba soyqırımı memorialı kompleksinin tarixi araşdırmaları”, III kurs tələbəsi Sahib Gülməmmədovun "31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir” adlı məruzəsi dinlənilib. Çıxışçılar soyqırımla bağlı vacib faktları açıqlayaraq gənc nəsli öz tarixi keçmişini unutmamağa səsləyiblər.
 
apa.az



Загрузка...