Xəbərlər / Müəllim
06 noyabr 2021
774


DİM: 19 nəfər TOEFL iBT imtahanı verib


Noyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.


Mərkəzdən  bildirilib ki, imtahan DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunub. COVID-19 pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına gələn iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.


İmtahanda 19 nəfər iştirak edib. Onlar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.


Növbəti TOEFL iBT imtahanının noyabrın 13-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə etmək mümkündür.

Məqalə Göndər








Загрузка...