DİM: TOEFL imtahanında 9 nəfər iştirak edib
Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL imtahanında 9 nəfər iştirak edib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
DİM-dən bildirilib ki, imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Növbəti TOEFL imtahanının fevralın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında http://www.dim.gov.az/activities/exams/toefl/ linkindən ətraflı məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, TOEFL iBT® imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Online formada keçirilən TOEFL iBT® imtahanı ingilisdilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.