Bakıda 18 yaşlı qızın mədəsindən iki kiloqram “daş” ÇIXARILDI - FOTO
Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən 18 yaşlı pasiyentin mədəsində trixobezoar (tükdən ibarət daş) aşkarlanıb.
Aztibb.az xəbər verir ki, daşların ağırlığından xəstə artıq yemək yeyə bilmirdi.
Təcili əməliyyat edilən qızın mədəsindən çəkisi 2 370 qram olan iki daş çıxarılıb.
Belə ki, əməliyyatı icra edən cərrahın sözlərinə görə, əsasən qızlarda rast gəlinən bu xəstəlik uzun illər saçını çeynəmək, yaxud sormaqdan sonra yaranır.
Belə halla rastlaşmamaq üçün valideynlər uşaqlarına ciddi nəzarət etməli və mütəmadi ağıza yad cisimlərin aparılmasının qadağan olunmasını xatırlatmalıdırlar.