AzTehsil.com


Xəbərlər / Müəllim
06 sentyabr 2021
1 084


Etibar Əliyev: Ali təhsildə nə baş verir?



Etibar Əliyev: Ali təhsildə nə baş verir?

 

Cəmiyyətdə Pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Konkret olaraq ali təhsildə nə baş verir? Pandemiya Ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı. Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə yardımçı olmaq, texnoloji uçurumu aradan qaldırmaq, üçüncüsü çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Bu təhsil formasının ənənəvi təhsildən üstünlüyü varmı:
Üstünlükləri:
-qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaradır;
-təhsilin fərdi xarakterini gücləndirir;
-auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb edir;
-məsləhətlərin verilməsinin çevik yollarını ehtiva edir;
-təhsili geniş insan kütlələri üçün əlçatan edir.
Mənfi tərəfləri:
Təhsilalanla təhsilverənin birbaşa əlaqələri istisna olunur;
İKT alətlərindən istifadədə qeyri-bərabərlik;
Biliyin yoxlanılmasında identifikasiya problemləri;
Təhsialanlara daim nəzarətin təşkil oluna bilməməsi.
Bu fərqlər onu təlqin edir ki, bütün universitetlər və bütün tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil. Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Qanunverici baza hələlik formalaşmayıb. Bir sual yenə də aktualdır. Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan Təhsil haqlarının 83-85 faizi müəllimlərin əmək haqlarına sərf olunur. Bu o deməkdir ki, Ali məktəblər böyük xərc tələb edən Distant təhsil mərkəzlərinin yaradılması işində maliyyə çatışmazlıqları ilə üzbəüz qalırlar. Bir neçə ali məktəb istisna olmaqla Elektron kitabxanalar sistemli fəaliyyət göstərmirlər. Bu baxımdan təhsilin iki forması arasında böyük keyfiyyət fərqləri yaranır. Distant təhsil sünii əlaçıların sayını xeyli artırdı. Demək sui-istifadə halları xeyli çoxdur. İlk öncə "Distant təhsil mədəniyyəti” deyilən anlayışın çərçivəsində maarifçilik işlərinə böyük ehtiyac vardır. Təəssüflər olsun ki, televiziya və kütləvi informasiya vasitələrini belə mövzular maraqlandırmır. Monitorinqlər aparılmır. Belə bir situasiyada İnsanlar dərslərin hansı formada davam etdirlməsi barədə rasional qərar gözləyirlər. Zaman isə bizi təqib edir…



Загрузка...
Həmçinin oxuyun:
Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev – Distant təhsilin yaratdığı süni əlaçılıq

Etibar Əliyev – Distant təhsilin yaratdığı süni əlaçılıq

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Sədr müavini - "Dəfələrlə rəsmi qaydada da bəyan edilib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq."

Sədr müavini - "Dəfələrlə rəsmi qaydada da bəyan edilib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq."

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Azərbaycanda dərslərlə bağlı UNİKAL TƏKLİF: Bu üsulla keçirilsin - MÜSAHİBƏ

Azərbaycanda dərslərlə bağlı UNİKAL TƏKLİF: Bu üsulla keçirilsin - MÜSAHİBƏ

Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir əsas görmürəm-Sədr müavini

Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir əsas görmürəm-Sədr müavini