AzTehsil.com


Xəbərlər / Ziyalılar
02 may 2021
2 100


Etibar Əliyev – Distant təhsilin yaratdığı süni əlaçılıq



 

COVİD-19 təhsilinin distant formasını aktuallaşdırdı. Ali məktəblər bu gözlənilməz "qonağı” özlərinin resursları çərçivəsində müxtəlif cür qarşıladılar. Ali təhsili bilən bir neçə rektor pandemiyadan əvvəl təhsilin distant formada aparılması istiqamətində müəyyən işlər görmüşdülər. Məsələn UNEC-də Distant təhsil mərkəzi və elektron kitabxana yaradılmışdı. Bir daha təhsilin bu formasının müsbət və mənfi tərəflərini xatırlatmaq istəyirəm.

Bunu Təhsil eksperti, deputat Etibar Əliyev sosial şəbəkədəki hesabında bildirib.
Ənənəvi təhsildən müsbət tərəfləri:
-qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaradır;
-təhsilin fərdi xarakterini gücləndirir;
-auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb edir;
-məsləhətlərin verilməsinin çevik yollarını ehtiva edir;
-təhsili geniş insan kütlələri üçün əlçatan edir.
Mənfi tərəfləri:
Təhsilalanla təhsilverənin birbaşa əlaqələri istisna olunur;
İş yerlərində İKT alətlərinin təhcizatında yaranan çətinliklər;
Biliyin yoxlanılmasında identifikasiya problemləri;
Təhsialanlara daim nəzarətin təşkil oluna bilməməsi.
Düşünürəm ki, bizim ali məktəblərdə əsas problem biliyin qiymətləndirilməsindədir. Burada fürsətçillik, sui-istifadə halları geniş vüsət almağa başladı. Və nəticədə süni əlaçıların sayı bir neçə dəfə artdı. Bu mənada biliyin qiymətləndirilməsində mütləq dəyişiklilərin tətbiq edilməsinə zərurət yarandı. UNEC İctimai Şurasının rektor Ədalət Muradovla birgə keçirdiyi video konfransda maraqlı təcrübənin şahidi olduq. Universitet tətbiq etdiyi modulların III mərhələsində tələbələr arasında Google forum üzərindən anonim sorğu təşkil edib. Sorğuda 6270 tələbə iştirak edib. Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb. Həmçinin konfransda müəllimlərin şəxsi kabinetləri bizə təqdim olundu. Digər ali məktəblər üçün də bunun maraqlı olmasını nəzərə alıb, şəxsi kabinetlərin nələri ehtiva etməsini diqqətə çatdırmaq istəyirəm. Hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında Power Pointdə hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları. Və bütün bunlar tələbələr üçün əlçatandır. Bununla yanaşı Elektron kitabxananın işi təşkil edilib.

Bununla yanaşı maraqlı bir məqamı qeyd edim: Tələbələrə imtahan suallarının və onların cavablarının verilməsi bir zamanlar universitetdə baş alıb gedən mənfi halların aradan qaldırılmasına xidmət edirdi. Bu üsul indi artıq sui-istifadələrə yol açır. Lakin buna baxmayraq UNEC Elmi Şurası indiki mərhələdə Distant təhsilin bir sıra məziyyətlərini nəzərə alıb, ixtisas fənlərinin daha dərindən mənimsənilməsi naminə yalnız ixtisas fənlərinin suallarının məxfi saxlanılması qərarını verib. Aparılan sorğular və müəllimlərin zəngin şəxsi kabinetləri tələbələrə imtahana hazırlaşmaq üçün geniş imkanlar yaradır. Biz tənqidi təfəkkürə malik və düşünməyi bacaran mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Hazır suallar və hazır cavalarla bu məqsədə çatmaq mümkün deyil. Biz də bilirik ki, Distant təhsil mədəniyyəti formalaşmamış fürsətçilliyin və sui –istifadələrin qarşısını almaq mümkün olmayacaq. Tələbənin özü fürsətdən istifadə edib, süni əlaçılığı üzərinə götürməməlidir.



Загрузка...
Həmçinin oxuyun:
UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi

UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu

UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..