AzTehsil.com


Xəbərlər
23 yanvar 2018
2 048


UNEC-in keyfiyyət elçiləri ilə görüş



UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb.


Tədrisin keyfiyyətin yüksəldilməsinin UNEC-in əsas hədəflərindən olduğunu bildirən rektor keyfiyyət elçilərinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, işlərin daha da təkmilləşdirilməsi üçün keyfiyyət elçiləri mexanizminin institutlaşmasının vacibliyini vurğulayıb. Keyfiyyət elçilərinin müəyyən olunan kriteriyalar əsasında seçiləcəyinə diqqət çəkən Ə.Muradov seçim zamanı onların Differensial Əməkhaqqı Sistemindəki yerlərinin də əsas meyarlardan biri kimi götürüləcəyini vurğulayıb. Rektor UNEC-in müəllifi olduğu layihədən gələcəkdə digər ali təhsil müəssisələrinin də yararlana biləcəyini qeyd edib.


Görüşdə tədris prosesi zamanı müşahidə olunan mənfi və müsbət məqamlar müzakirə edilib və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində təkliflər dinlənilib. İctimai Nəzarət Şurasının yalnız imtahanlarda deyil, bütün tədris ili boyu UNEC-də fəaliyyət göstərəcəklərini nəzərə alaraq, onların keyfiyyət elçiləri ilə birlikdə dərsləri müşahidə etmələri təklif olunub.

 

Bundan başqa, keyfiyyət elçilərinin UNEC-in Zaqatala filialı və Maliyyə İqtisad Kollecində də fəaliyyət göstərmələri, monitorinqin nəticələrinə əsasən, yüksək nəticələr göstərən müəllimlərin nümunəvi dərslərinin təşkili, müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi də təkliflər sırasında yer alıb.


Qeyd: Keyfiyyət elçiləri UNEC-də 2015/16-cı tədris ilindən fəaliyyət göstərir. Onların müəyyən edilməsində elektron universitet platformasını aktiv istifadə, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas götürülüb. Keyfiyyət elçiləri müəyyən olunan qrafik üzrə həftədə ən azı bir dəfə (növbə) fakültə üzrə dərslərin monitorinqində iştirak edir. Monitorinq tədrisin sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu, mühazirə mətnləri, interaktiv tədris vəsaitləri, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, kollokviumlara hazırlıq və digər göstəricilər əsasında aparılır. 




Загрузка...
Həmçinin oxuyun:
UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

UNEC tələbələrindən nümunəvi addım

UNEC tələbələrindən nümunəvi addım

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-in gənc müəllimlərinin uğuru