AzTehsil.com


Xəbərlər / Ekspert
25 iyun 2021
4 331


"Təhsil sahəsində vəziyyət göründüyündən də ağırdır"- Ekspert həyacan təbili çaldı



 

Bu il Bakı şəhərində abituriyentlərinin yalnız 43.60 faizi 300-dən yuxarı bal toplayıb. Paytaxtın attestat qiymətləri əla olan abituriyentlərindən 4.67 faizi 200 baldan aşağı nəticə göstərib.

Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Təhsil üzrə ekspert Elşən Qafarov açıqlamasında təhsil sahəsindən vəziyyətin göründüyündən ağır olduğunu bildirib.

"Təhsil sistemində 30 ildən artıqdır islahatlar getmir. Qanunvericilik qəbul olunub müəyyən dəyişiklik olunsa da, təhsilin keyfiyyətinin artırılması ilə bağlı əməli fəaliyyət yoxdur. Hər ilə tələbə qəbulu ilə bağlı analizlərin nəticəsi ortaya qoyulan kimi vəziyyətin ciddiliyi ilə bağlı məsələ medianın qısa müddət ərzində gündəmdə olur. Sonra problem yaddan çıxır”,-deyə E.Qafarov bildirib.

Təhsil üzrə ekspert qeyd edib ki, ölkədə təhsilin keyfiyyətinə təsir edəcək əsas amillər aşağıdakılardır:

"Birincisi, təhsil proqramları. Bu proqramlar nə təhsil verənlər, nə də təhsil alanlar üçün əlçatan deyil.

İkicincisi, dərsliklər bərbad vəziyyətdədir. İllərlə tənqid olunsa da, bundan heç bir nəticə çıxarılmır.  Hər il ölkədə 200 adda dərslik çap olunur və hər il bu dərsliklərə 100000 manatdan çox vəsait xərclənilir.

Üçüncüsü, ölkədə müəllim peşəkarlığı bərbad vəziyyətdədir. Hazırda sistemdə işləyən 152 min müəllimin peşəkarlığı bir yana, müəllim hazırlığı da çox ağır vəziyyətdədir.

Dördüncüsü, ölkədə əlavə təhsil sistemi məhv edilib. Əvvəl Peşəkarlar İnstitutu yaratdılar, sonra da Təhsil İnstitutu ilə birləşdirdilər”.

 

Ekspert burğulayıb ki, ölkənin prioritet məsələsi kimi təhsillə bağlı bütün məsələləri ölkə başçısı öz nəzarətinə götürməlidir: "Orduda olduğu kimi təhsili də dövlət başçısı öz nəzarətinə götürməlidir. O zaman keyfiyyət dəyişikliyi baş verəcək.

Təhsil sistemində "Ay, bu xaricdə təhsil alıb”, "Bu filankəsin adamıdır” kimi yanaşmalara son qoyulmalıdır. Təhsil adamları sistemə cəlb olunmalıdır və onlar prosesi sürətlə inkişafa doğru dəyişəcəklər”.



Загрузка...
Həmçinin oxuyun:
Bakıda iki məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

Bakıda iki məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Təhsil sistemindəki dəyişiklik müsbət nəticə verəcək - RƏYLƏR

Təhsil sistemindəki dəyişiklik müsbət nəticə verəcək - RƏYLƏR

Fərqlənən ən yaxşı Bakı məktəbləri

Fərqlənən ən yaxşı Bakı məktəbləri

Bu rayonda 1800 müəllimdən 1000-nin ali təhsili yoxdur - Sensasion AÇIQLAMA

Bu rayonda 1800 müəllimdən 1000-nin ali təhsili yoxdur - Sensasion AÇIQLAMA

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Dövlət İmtahan Mərkəzinin təhlilindən üzə çıxan şok nəticələr – Ekspertlər bu vəziyyətə nə deyirlər?

Dövlət İmtahan Mərkəzinin təhlilindən üzə çıxan şok nəticələr – Ekspertlər bu vəziyyətə nə deyirlər?

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT