AzTehsil.com


Xəbərlər / Ekspert
27 iyul 2020
2 525


Təhsil sistemindəki dəyişiklik müsbət nəticə verəcək - RƏYLƏR



Təhsil sistemindəki dəyişiklik müsbət nəticə verəcək - RƏYLƏR

 

Məlum olduğu kimi, bir müddət öncə Ceyhun Bayramov Təhsil naziri postundan azad edilərək Xarici İşlər Nazirliyinə rəhbər göndərildi. Təhsil naziri vəzifəsinə isə Prezidentin bugünkü Sərəncamı ilə Emin Əmrullayev təyin olundu. 

"MediaPost” bu mövzuda təhsil ekspertlərinin fikirlərini öyrənib.

Təhsil eksperti Elşən Qafarov "MediaPost”a açıqlamasında bildirib ki, təhsil çox spesifik sahə olduğu üçün burada çalışanların təhsildən çıxması vacibdir:
 

Təhsil sistemindəki dəyişiklik müsbət nəticə verəcək - RƏYLƏR

 

"Son 10 ildə təhsillə bağlı olmayan insanların təhsili idarə etməsi çox da effekt vermir. İslahatlar nəticəsində təhsil cameəsində kifayət qədər yeni kadrlar üzə çıxıb. Fikrimcə, həmin kadrlar hökmən Təhsil Nazirliyinə işə cəlb olunmalıdır. Ümumilikdə götürdükdə, C.Bayramovun bu postdan getməsinin nazirliyə o qədər də təsir edəcəyini düşünmürəm.

Təhsil mütəxəssisləri olaraq təklif edirik ki, daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyi lazımdır. Yəni Elm və Təhsil Nazirliyi yaradılmalı, o cümlədən AMEA, təhsil sferasında olan bütün müəssisələrin,  elmi təşkilatların və məktəbəqədər təhsil müəssisələrinin idarəsi bu quruma həvalə edilməlidir”.

Digər ekspert Elşən Ramizoğlu "MediaPost”a bildirib ki, sistemdə dəyişikliyin olması, hər zaman müsbət irəliləyişə gətirib çıxarır:
 

 

"Düşünmürəm ki, Təhsil Nazirliyinin vəziyyəti ilə bağlı hər hansı bir çətinlik olsun. Yeni kadrlar təhsilin inkişafına daha da müsbət təsir göstərəcək.  Sistemdə dəyişikliklərin olmaması və yaxud vəzifəli şəxslərin uzun müddət qalması, o qədər də yaxşı nəticə vermir. Yeni kadrlar isə yeni layihələrlə işləməyə, etimadı doğrultmağa çalışacaqlar”.

Təhsil eksperti Kamran Əsədov da "MediaPost”a açıqlamasında bu gün Prezidentin Emin Əmirullayevi Təhsil Naziri təyin etməsini yüksək qiymətləndirib:

"Çünki o, peşəkar təhsil işçisidir, uzun müddət Təhsil Nazirliyi sistemində çalışıb. Olimpiadalarda şagirdlərin qazandıqları uğurlar birbaşa Emin Əmirullayevin adı ilə bağlıdır.

Azərbaycan təhsili 2014-cü ildən yeni bir yola qədəm qoydu. Bundan sonra da 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçrilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacibdir”.

Ekspert nazirliyin yeni rəhbərindən gözləntilərindən də danışıb:
 

Təhsil sistemindəki dəyişiklik müsbət nəticə verəcək - RƏYLƏR

 

"Fikrimcə, şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi, mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir. Bağçalar da Təhsil Nazirliyinə birləşdirilməlidir. Ali məktəblər üçün islahatlar aparılmalıdır. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir. Nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil haqında qanun yenidən işlənib hazırlanmalıdır. Təhsilin idarə olunamasına yanaşma dəyişməli, məktəblərin özünü maliyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır”.




Загрузка...
Həmçinin oxuyun:
Yeni təhsil naziri kimdir?-DOSYE

Yeni təhsil naziri kimdir?-DOSYE

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Təhsil naziri təyinatı niyə gecikir?

Təhsil naziri təyinatı niyə gecikir?

Emin Əmrullayev Təhsil naziri təyin edildi

Emin Əmrullayev Təhsil naziri təyin edildi

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Təhsil Naziri bu şəxs təyin edilə bilər

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Təhsil Nazirliyi ləğv olunur - ŞOK AÇIQLAMA

Təhsil Nazirliyi ləğv olunur - ŞOK AÇIQLAMA

"Yeni imtahan modeli: islahatlar, nəticələr və  gözləntilər" mövzusunda konfrans

"Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda konfrans

“Summativlərlə bağlı yeniliklərin nəticə verəcəyini düşünmürəm” –Ekspert

“Summativlərlə bağlı yeniliklərin nəticə verəcəyini düşünmürəm” –Ekspert

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Yeni rektor kollektivə təqdim edilib - FOTO

Yeni rektor kollektivə təqdim edilib - FOTO

“Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”

“Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...